"Azərbaycan öz təbii sərvətlərini müdafiə edir" - DEPUTAT DANIŞDI

"Azərbaycan öz təbii sərvətlərini müdafiə edir" - DEPUTAT DANIŞDI

“Bir aydan artıq müddətdir ki, eko-fəallarımız, gənclərimiz Azərbaycanın təbii sərvətlərini illərdir istismar edən ermənilərə öz etirazlarını bildirmək üçün aksiya keçirirlər. Bütün dünyaya öz iradəmizi sərgiləyirik. İstər qarşı tərəf, istərsə də onların bu günə qədər havadarlığını etmiş ölkələr artıq birmənalı olaraq anlayırlar ki, Azərbaycan öz torpaqlarını müdafiə etdiyi kimi, təbii sərvətlərini də müdafiə edəcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu addımından geri çəkilmək niyyətində deyil. Bu proseslər isə bizə bir daha nə qədər həmrəy bir xalq olduğumuzu göstərdi. Buna görə davam edən aksiyalar da 44 günlük müharibədə olduğu kimi qələbə ilə nəticələnəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə