Azərbaycanın enerji potensialı və investisiya mühiti çox müsbətdir ŞƏRH

Azərbaycanın enerji potensialı və investisiya mühiti çox müsbətdir ŞƏRH

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib və Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verib. Azərbaycan Prezidenti SOCAR və “Masdar” arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmanın önəmini də qeyd edib: “Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət və uğurlu enerji strategiyası nəticəsində ölkəmizdə enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Artıq ölkəmiz bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün çox mühüm konsepsiyalar həyata keçirməkdədir.

Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha yüksək səviyyətə qaldıracaq və inkişaf etdirəcək.

Birləşmiş Ərəb Əmirliyinin enerji istehsalı nöqteyi-nəzərdən dünyada özünəməxsus bir yer tutur. Azərbaycan isə bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, deməli, müsbət iqtisadi dinamika gözləməliyik. Əvvəldə də qeyd etdiyim kimi, biz 2020-ci ildə İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etmişik, bizim qarşımızda duran əsas məqsəd bu əraziləri və dağılmış iqtisadiyyatı bərpa etməkdir.

Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Azərbaycanın planları daha genişdir. Dövlətimizin başçısı Azərbaycanın bu sahədə hədəflərini də bəyan edib: "Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik."

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə