“Rus sülhməramlıları elə də böyük səlahiyyətlərə malik deyillər” AÇIQLAMA

“Rus sülhməramlıları elə də böyük səlahiyyətlərə malik deyillər” AÇIQLAMA

“Laçın-Xankəndi yolunda, artıq bir aydan çoxdur ki, davam edən dinc aksiya bir neçə baxış bucağından mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Ekofəalların, QHT nümayəndələrinin, azad könüllü dəstələrin birgə aksiyada mətanətlə, dözümlə iştirakı isə təqdirəlayiqdir”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, aksiya iştirakçıları Azərbaycana münasibətdə ekoloji terrorun dayandırılmasını, Qarabağda məlum mədənlərin qeyri-qanuni istismarına son qoyulmasını, bu mədənlərin durumu ilə bağlı Azərbaycan tərəfinin monitorinq keçirmək haqqının tanınmasının, nəhayət, Laçın dəhlizinə nəzarətin gücləndirilməsini tələb edirlər: “Ancaq bunlarla bağlı bölgədəki rus sülhməramlıları elə də böyük səlahiyyətlərə malik deyillər. Rəsmi Bakı bəlli kanallarla mövcud problemlərin həllini öz üzərinə götürsə, daha məqsədəmüvafiq olar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə