"Davosda keçirilən görüşlər iqtisadiyyatımızın inkişafına müsbət təsir edir" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər, dünyanın nüfuzlu siyasi liderləri, nəhəng şirkətlərin rəhbərləri ilə təmasları böyük əhəmiyyətə malikdir. Davosda baş tutan görüşlər, eyni zamanda Azərbaycanın iqtisadi imkanlarını, çoxşaxəli resurslarını bir daha dünyaya tanıdır, ölkəmizin biznes maraqlarını təmin edir". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hər il olduğu kimi bu dəfə də xeyli sayda tanınmış şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi, danışıqlar apardı: “Signify”, “Kromatix SA”, “The Goldman Sachs Group Inc.”, “CISCO”, “Damen Shipyards Group”, “Carlsberg Group” və digər şirkətlərin rəhbərləri ilə görüşlər bu baxımdan xüsusi önəmə malikdir. Bu şirkətlərin əksəriyyəti uzun illərdir ki, Azərbaycana investisiyalar qoyur, ölkəmizdə fəaliyyət göstərərək iqtisadi inkişafa töhfə verir".
Politoloq sözlərinə davam edərək həmçinin bildirib ki, son illər Azərbaycanda iqtisadi sferada aparılan dərin islahatlar, biznes mühitinin yaxşılaşdırılması, şəffaflaşdırılması, münbit investisiya mühitinin yaradılması əlbəttə ki, ölkəmizə olan marağı daha da artırır: "Beynəlxalq investorlar Azərbaycana daha çox sərmayə yatırmağa can atır. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində mümkün olub. Dövlət başçımızın Davosda keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, şaxələndirilməsi üçün mühim rol oynayır. Ümumiyyətlə, Davos İqtisadi Forumu xarici iqtisadi əlaqələr üçün unikal platformadır. Azərbaycan uzun illərdir ki, bu platformadan məharətlə istifadə edərək çox böyük iqtisadi dividentlər əldə edir, öz imkanlarını dünyaya tanıdır. Əminliklə demək olar ki, son təmaslar xarici ticari əlaqələrimizi genişləndirəcək, ölkəmizə yeni investisiyalar gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB