Əhalinin sosial rifahının qorunmasına xidmət edən növbəti Sərəncam TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" yanvar ayının 5-də Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
PREZİDENT İLHAM ƏLİYEVİN SİYASƏTİNİN MƏRKƏZİNDƏ HƏR ZAMAN VƏTƏNDAŞ RİFAHININ TƏMİNATI DAYANIB
Sosial dövlət olan Azərbaycanda vətəndaşların maraqları yüksək səviyyədə təmin edilir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial islahatlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir. Bu baxımdan, cari ilin yanvar ayının 5-də Prezidet İlham Əliyevin «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» sərəncamı əhalinin sosial rifahının qorunmasına xidmət edən növbəti Sərəncamıdır. Sərəncama əsasən Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manat müəyyən edilib. Bu isə bir daha isbatlayır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq aparılan islahatlar nəticəsində son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz, illik əməkhaqqı fondu 2 dəfədən çox və 2022-ci ilin ilk rübündə də 11,1 faiz artıb. Xüsusi olaraq qeyd edilməlidir ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğı ilə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilib, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Göründüyü kimi, 2018-ci ildən ötən 4 ildə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi «Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar» fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını isbatlayır. Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq, insanların yaşayış səviyyəsini daha da yüksəldəcək.
Vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır
Bir sözlə, görülən işlər bir daha onu sübut edir ki, insan amili, vətəndaşların sosial rifahının yüksəldilməsi dövlətimizin başçısının həyat amalıdır, ən başlıca vəzifə kimi qarşıya qoyulub və bu əməli fəaliyyətdə qəbul olunmuş qərar və sərəncamlarda öz əksini tapır. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atdığını bir daha təsdiqləyir. Post-müharibə və pandemiya dövründə sosial sahəyə bu qədər önəmin verilməsi bir daha göstərir ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı dayanır. Göründüyü kimi, görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb.
Ümumiyyətlə, əmək haqqlarının artırılması, pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlar, həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin məntiqi nəticəsidir. Və cari ildə də bu uğurların sırası daha da genişlənəcək.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB