"Ermənistan hələ də öz ampulasındadır" - POLİTOLOQ DANIŞDI

"Ermənistan hələ də öz ampulasındadır" - POLİTOLOQ DANIŞDI

“Ermənistanın üçüncü Qarabağ müharibəsindən sonra kapitulyasiya aktına imza atmasına baxmayaraq Azərbaycana qarşı hərbi, siyasi və informasiya təxribatlarını davam etdirməkdədir. Halbuki Ermənistan tərəfi konkret olaraq Azərbaycanın 5 təməl prinsipindən ibarət olan sülh planını qəbul edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Ermənistan hələ də öz ampulasındadır: “Dövlət sərhəddində mütəmadi olaraq atəşkəs pozulur, Qarabağla bağlı beynəlxalq ictimaiyyətə çaşdırıcı açıqlamalar və bəyanatlar səsləndirirlər. Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında əlavə iddialarla çıxış edir. Bütün bunlar onu göstərir ki, Ermənistana ciddi şəkildə təzyiq göstərmək lazımdır.

Hesab edirəm ki, bu məsələdə ABŞ daha da çevik rol ala bilər. O Ermənistana təzyiq göstərməklə prosesi normal istiqamətə yönləndirə bilər. Nə qədər ki, sülh əldə olunmayıb Ermənistan tərəfi Azərbaycana qarşı təxribatçı əməllərindən əl çəkməyəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə