“Aksiya iştirakçıları yüksək əzm və qətiyyət nümayiş etdirirlər” AÇIQLAMA

“Aksiya iştirakçıları yüksək əzm və qətiyyət nümayiş etdirirlər” AÇIQLAMA

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on beş gündür davam edir. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər: “Bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına nümayiş etdirirlər. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının iclasında da ikili standartlar gördük. Onlar 30 il ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə necə göz yumurdusa, indi də ekoloji terrora göz yumur, bu terrora qarşı çıxanları başqa cür təqdim edirlər. İşğaldan azad edilən torpaqlarımızda sərvətlərimiz talanır, ekologiyaya ziyan vurulur. Bu özbaşınalığa son qoyulmalıdır. Əks-təqdirdə Azərbaycan xalqı onları özü düzənə məcbur etməli olacaq. Çünki bu talançılıq hazırda da davam edir. Rusiyalı sülhməramlıların bu əməllərə göz yumması təəssüf doğurur. Bu durum Azərbaycan xalqı tərəfindən haqlı olaraq hiddətlə qarşılanır və böyük etirazlara səbəb olur. Azərbaycan ictimaiyyətinin nümayəndələri bu etirazla bir daha dünyanın diqqətini Qarabağa yönəldir, ölkəmizə haqq-ədalət tələb edir. Biz ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət edilməsini tələb edirik”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə