“Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu sözləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi.
Bu gün Azərbaycan xalqı şahid olur ki, Ulu Öndərimizin bu sözləri təsdiqini tapır. Cənab İlham Əliyev 2003-cü ildə xalqa verdiyi bütün vədləri yerinə yetirərək xalqın sevgisini, rəğbətini, etimadını qazandı. İşğal altında olan ərazilərinin azad edilməsi Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işgal altında olan torpaqlarımızın azad edilməsilə həm Ümummilli lideimizin böyük arzusu gerçəklədi,həm də Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev prezidentlik dönəmində, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkşaf mərhələsinə qədər qoydu.19 ildə Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, uzaqgörən siyasət, həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının, əldə etdiyimiz tarixi Zəfərin ən başlıca səbəbidir. Məhs dövlət başçımızın müdrüklüyü, dərin zəkası, nümayiş etdirdiyi yüksək peşəkarlığın nəticəsində Azərbaycan bu gün dünyanın ən güclü, ən qüdrətli dövlətinə çevirib.
Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurmağa nail oldu. Bu gün hər bir azərbaycanlı bugünkü Azərbaycanla, doğma dövlətilə fəxr edir. Dövlət başçımızın rəhbərliyi ilə iqtisadi islahatlar dərinləşdi və son 19 ildə bu sahədə görülən işlərin nəticəsində əldə edilən uğurlar göz qabağındadır.Hər birimiz bu işlərə baxıb qürur duyuruq. 2003-cü ildən bu günə qədər iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Prezidentimizin də söylədiyi kimi, bu il iqtisadiyyatımız rekord həddə çatacaq.Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi müdrik, uzaqgörən dövlət başçısı var. Görülən misilsiz işlərə baxanda, əldə edilən tarixi Zəfəri yaşamaq əminliklə söyləməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bundan sonra da daha böyük uğurlara, daha şanlı, tarixi zəfərlərə imza atacaq.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB