Necə deyərlər, "qoluna çöpdən dirək"?

Necə deyərlər, "qoluna çöpdən dirək"?

Qarabağda özünü dövlət naziri edən Ruben Vardaniyanın sözlərinə görə, o, seçimini sentyabrın əvvəlində edib. Belə ki, o, Xankəndidə keçirilən ümumxalq mitinqində çıxış edərək xatırladıb ki, guya 35 ilə yaxındır mübarizə gedir və Qarabağın üç yolu var: Azərbaycana inteqrasiya olunmaq, çıxıb getmək və ya döyüşmək.

Vardanyanın dediyinə görə, o, üşüncü yolu seçib. Getməyib, guya mübariə aparacaq və Bakının tələblərinə də boyun əyməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iki gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vardanyanın bölgəni tərk etməsini tələb edib.

Bundan əvvəl iş adamı Rusiya vətəndaşlığından imtina edib, Dağlıq Qarabağa köçüb və yerli hökumətə rəhbərlik edib.

Əslində, Vardanyan və ya onun ətrafındakılar elə də “dəyərli sima” deyillər. Sadəcə olaraq, əməlləri ilə milçək kimi, ürək bulandırırlar. Təbii ki, bu da erməni xislətindən, erməni naqisliyindən irəli gələn bir haldır.

Necə deyərlər, fransız səyyahı qraf De-Şolye demiş onların hiyləgərliyi olduqca iyrənc, alçaqlığı olduqca dözülməz, əclaflığı olduqca təəssüfləndiricidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə