İşğalçı erməni və onların havadarları “Dəmir yumruğu” yaddan çıxarmamalıdırlar - ŞƏRH
Artıq bir həftədən çoxdur ki, Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının, fəallarının Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar aksiya davab edir. Etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.Bəli, bir millət o zaman sıradan çıxır ki, öz məğlubiyyəti ilə barışır. Çünki bu barışıqlıq ardınca inamsızlığı, ümidsizliyi gətirir. İnamını və ümidini itirməyin sonu isə süstlüyə, fəaliyyətsizliyə çevrilir...İşğalçı Ermənistan kimi...
Ancaq işğalçı erməni və onların havadarları "Dəmir yumruğu" yaddan çıxarmamalıdırlar. Bu o «Dəmir yumruq»dur ki, 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Və noyabr ayının 10-da Ermənistanın kapitulyasiyasını etiraf etməsi ilə imzalanan Bəyanat ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı ilə son qoydu. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi, "Dəmir yumruq", sadəcə, güc deyil, bu, birlikdir".
Göründüyü kimi, bu gün mənfur düşmən İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatını tələblərini hələ də pozur. Ermənilərin məqsədlərin isə Azərbaycan-Rusiya qarşıdurmasını yaratmaqdır. Və bu gün Azərbaycan yumşaq güc tətbiq edir. Yəni bu addım qarşı tərəfə Azərbaycan ictimaiyyəti tərəfindən sülhməramlılara bir mesajıdır və bilidirilir ki, vəzifə səlahiyyətlərini aşmasınlar, siyasi oyunlara aludə olmasınlar, öz vəzifə səlahiyyətlərini düzgün istifadə etsinlər. Əks təqdirdə, Azərbaycan da lazımi cavabları verəcək. Və erməni seperatçılarını təmizləmək üçün lazım gəlsə, güc də istifadə etməliyik.
Ancaq taktiki baxımdan Azərbaycanın istifadə etdiyi üsullar çoxdur. Və bu gün Azərbaycan hələki yumşaq gücdən istifadə edir və diplomatik səylər prosesə paralel olaraq aparılır. Dövlətimiz bütün bu hadisələrin mərkəzində Rusiyanı görür. Azərbaycan və Rusiya prezidenti arasında telefon danışıqlar zamanı Laçın koridoru, Qarabağdakı qanunsuz fəaliyyətər və s. mövzular müzakirə edilib. Və bu gün keçmiQarabağdakı əsas məqsədimiz ərazilərimizdəki erməni seperatçıların çıxarılması və sülhməramlıların öz əsasnaməsinə uyğun olaraq fəaliyyət göstərməsini təmin etməkdir. Azərbaycan həmin ərazilər üzərində suverenliyini mərhələ-mərhələ bərpa etmək istəyir.
Fikrimcə, tutulan xətt düzgündür və sonda nəzərdə tutulan nəticəyə gətirib çıxara bilər. Bir sözlə aparılan danışıqlardan belə nəticə çıxdı ki, sülhməramlılar bizə şəraitin yaradılması ilə bağlı söz veriblər. Amma nümayəndə heyəti ərazidə monitorinqə başlayanda Ruben Vardanyan başının dəstəyi ilə peyda oldu və prosesin qarşısını aldı.Bəli, yaran vəziyyət onu göstərir ki, hazırda sülhməramlıların seçim imkanı azdır: Ya tələblərimizi icra etməli, ekoloji monitorinqin aparılmasını və nümayəndə heyətinin təhlükəsizliyini təmin etməlidir, ya da yol bağlı qalacaq. Bu isə, onlar üçün arzuolunmaz vəziyyətdir. Digər tərəfdən, yolu açmaq üçün mülki azərbaycanlılara müdaxilə edə bilməyəcəklər.
Və bu gün baş verən hadisələrə Ermənistan hökuməti başlarından böyük şərhləri, bəyanatları ancaq özləri eşidir. Çünki bunlar hələ də anlamırlar ki, heç bir dövlətin daxili işinə qarışmaq hüquqları yoxdur. Belə bir səlahiyyət heç bir dövlətə, o cümlədən Ermənistana verilməyib. Ermənistan hökuməti gedib böhran vəziyyətində yaşayan, sosial vəziyyəti ağır durumda olan öz vətəndaşlarının problemləri ilə məşğul olsun, bizim daxili məsələlərimizlə yox!.Dövlət başçımızın dediyi kimi: “Çünki bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır”. Bəli, bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də «Dəmir Yumruq» siyasəti haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduğumuz kimi, bu gün «Dəmir Yumruq» yerindədir!.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB