Ruben Vardanyanın HİYLƏGƏR İNİLTİLƏRİ – TƏHLİL

Ruben Vardanyanın HİYLƏGƏR İNİLTİLƏRİ – TƏHLİL

Ruben Vardanyanın səsləndirdiyi bəyanatlara sarkazm olmadan yanaşmaq mümkün deyil. Bu iş adamının cəfəngiyyatlarının ardı-arası kəsilmir ki, bir müddət lağ hədəfi olmaqdan yayına bilsin. İndi də Vardanyan Qarabağ ərazisində məskunlaşan, yaşayan erməni əsillilərin “acınacaqlı taleyi və xəstəlikləri” barədə hüzn dolu hekayələri ilə özünü gündəmə gətirmək istəyib və bununla da yenə lağ hədəfinə çevrilib. Azərbaycanlıların Laçın yolunda keçirdiyi dinc aksiya nə vaxtdan “soyqırım” təhlükəsi hesab olunub və azərbaycanlı ekoloqların birdən-birə “terrorçu”ya çevrilməsi Vardanyanın olmayan ağlına hardan gəlib? Görünür bu əqli cəhətdən xəstə olan adamın fantaziyası da sağlam deyilmiş.

Laçın yolunda azərbaycanlı fəalların sivil aksiyasını pafoslu şəkildə qərəz kimi qələmə verməyə çalışan Vardanyan bununla özünü ermənilərin mifləşdirdikləri qəhrəmana çevirmək həvəsinə düşüb. Məsələ burasındadır ki, uzun illər Rusiyada yaşayıb işləmiş bu oliqarx Ruben qondarma və mifik çar Tiqrandan daha çox, İspan yazıçısı Migel de Sevantesin “Don Kixot” personajına bənzəyir. Xankəndidə yaşayan erməni əsillilərin durumunu 1941-ci ilin qışında Leninqrad (indiki Sankt-Peterburq) sakinlərinin tam blokadaya düşməsi ilə müqayisə edən Vardanyan bu bənzətməsi ilə hətta Alman yazıçısı Rudolf Erix Raspenin yaratdığı gopçu “Baron Münhauzen” obrazını da xatırladır. Çünki Leninqradın blokadasının iki il yarım davam etməsi, aclıq və nasist hava hücumları nəticəsində əhalinin kütləvi ölümüylə müşayiət olunması ilə Laçından Xankəndinə gedən yolun cəmi iki-üç gün bağlı qalmasını müqaisə etmək, oxşar qələmə vermək Servantesin, yaxud Raspenin qəhrəmanının işi ola bilərdi. Yel dəyirmanı ilə vuruşduğunu, yaxud da top mərmisinə minib aya uçduğunu nəql edən gopçuların ancaq belə fantaziyaları ola bilərdi ki, indi buna bənzər uydurmaları hamı Vardanyandan eşidir. Bəlkə də sözügedən yolun iki-üç gün bağlı olması Vardanyan və digər hay kökənlilər üçün olduqca ağır gəlir və onlar bunu Leninqrad blokadası kimi ağrılı, acılı hesab edirlər. Hər bir halda, dırnaqarası “cəfakeş” bir erməni rolunda Ruben Vardanyanın iniltiləri hər tərəfə yayılıb, hansıki bu da erməni xislətinə məxsus olan saxtakarlıq nümunəsi sayılır.

“Azərbaycan Laçın yolunu kəsib”, deyə bar-bar bağıran Vardanyan da saxtakarlıqda digər separatçılardan geri qalmır. Məsələ burasındadır ki, Azərbaycan yolu bağlamayıb, sadəcə olaraq, Volkovun kölgəsi altında gizlənən və bu kölgədən istifadə edərək Azərbaycanın təbii sərvətlərini talayan, bununla da ətraf mühitə külli miqdarda ziyan vuran Vardanyanın istismar etdiyi mədənlərə baxış keçirməsinin rus sülhməramlıları tərəfindən qarşısının alınmasına görə dinc etirazçılar yolu kəsiblər. Maraqlıdır, niyə azərbaycanlı ekoloqlar Azərbaycan dövlətinə məxsus olan ərazilərə, mədənlərə baxış keçirə bilməsinlər? Bu hansı məntiqə, yaxud hansı qanuna zidd hesab oluna bilər? Öz ərazisində, öz torpağında, öz ölkəsinə məxsus olan mədənə baxış keçirmək nə vaxtdan sülhməramlılar üçün qəbuledilməz hesab olunub? Yox? əgər qəbuledilməz deyilsə, onda nə haqla, ən əsası da nə səbəbə azərbaycanlı ekoloqlar bizə məxsus olan mədənlərə buraxılmır? Əlbəttə ki, bir oliqarxın qeyri-qanuni, həm də başqa dövlətə məxsus ərazidə balıq ovu, mədənləri istismar etməsi reallıqları fonunda niyə sualına cavab tapmış oluruq.

Görünən odur ki, qondarma, dirnaqarası “Dövlət naziri” vəziyyəti olduqca şişirdir. Daha doğrusu, Vardanyan vəziyyətdən istifadə etmək, reallıqları özü istədiyi kimi təqdim etmək, böyütmək, guya həyəcan təbili çalmaq niyyətini gizlədə bilmir. Əslində, həyəcan təbili çalınmalı idi, amma indi yox, ilk növbədə 30 il bundan əvvəl ermənilər Azərbaycan ərazilərini işğal edəndə və ikinci növbədə də bu işğalına görə 44 günlük müharibə ilə üz-üzə dayanıb rüsvayçı məğlubiyyətlə qarşılaşanda və bu məğlubiyyətin, təslimçiliyin ardınca öhdəliklərinə əməl etməyəndə həyəcan təbili çalınmalı idi. Çünki belə qanunsuz hərəkətlərinə, hədsizliklərinə görə cavab verəcəklərini bilməli və buna görə həyəcan təbili çalmalı idilər ki, “Dəmir yumruq” başlarını əzər, hansıki belə də oldu və yenə də gözlənilən elə odur.

Qaldı Ruben adlı oliqarxın qara-qışqırıq salmasına, onun absurd, yalan fikirlərinə görə ortaya çıxan suallar da az deyil. Əvvəla, sual oluna bilər ki, bir neçə gün ərzində bu qədər "qəfil xəstələnənlər" necə peyda oldu? Digər tərəfdən də axı erməni əsilli sakinlərin arasında "qəfil xəstələnənlər" necə ola bilər ki, videogörüntülərdə istər Xankəndi yolunda, istərsə də Gorusdan Qarabağa gedən yolda bir dənə də olsun təcili yardım maşını görünmədi? Bəs azərbaycanlı hüquq müdafiəçisi Dilarə Əfəndiyevanın Qarabağ ermənilərinə tibbi yardım təklifi ilə müraciət etməsi, hətta əlaqə üçün telefon nömrəsini də elan etməsi, maraqlanan hər kəs müraciət etmək imkanının olması barədə niyə Vardanyan bildirmir? Əlbəttə ki, Rubenin nə belə suallara cavab vermək, nə də reallıqları etiraf etmək niyyəti yoxdur. O, ancaq həyəcan təbili çalaraq, məsələni dərinləşdirərək bundan istifadə etmək və bununla da bizə məxsus olan mədənlərdən daha çox oğurlamaq niyyəti güdür. Amma görünür, Vardanyan başa düşür ki, ağlından keçəni reallaşdıra bilməyəcək və “iniltiləri” də buna görədir.

Qarabağ ərazisində guya 30 min erməni əsilli uşağın həyati təhlükə altında olduğunu deyən Vardanyan saxtakarlığın son həddini də geridə qoyur. Əvvəla, xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yaşayan ermənilərin ümumi sayı 30-35 min nəfərdir. Belə olan halda, orada 30 min uşaq orada necə ola bilir? Bəyəm Azərbaycan ərazisində məskunlaşan erməni əsillilər ancaq uşaqlardan ibarətdir? Bu qədər saxtakarlıqla Vardanyan nəyə isə nail olacağına özü inanırmı görəsən? Yaxud statistik rəqəmləri əldə etmək indiki dövrdə, elmin, innovasiyaların inkişaf etdiyi bir zamanda nə qədər asan olduğunu da bu oliqarx bilmir? Maraqlıdır, həmin adam bu ağılla bir iş adamına, oliqarxa necə çevrilib? Bəlkə də öz barəsində yaydıqlar belə yalandır və özünə qarşı da saxtakarlıq edib. Xatırladaq ki, guya Rusiya vətəndaşlığından imtina edərək Moskvadan gələn, əslində isə ruslar tərəfindən qovulan, Kreml tərəfindən “verbofka” olunan Vardanyanın iniltiləri elə həmin zamandan başlayıbmış.

Erməni əsillilərin Qarabağ ərazisində qazsız, enerjisiz qalması barədə yalandan bar-bar bağıran Vardanyan yenə də blef edir. Əvvəla, “Azəriqaz”ın artıq bəyan etdiyi kimi, regiona qazın verilişindəki fasilələrlə Azərbaycanın heç bir əlaqəsi yoxdur. Deməli, Vardanyan Azərbaycanı hədələməyə çalışır, öz hakimiyyətinə hansısa “cavab tədbirləri” barədə təkliflə çıxış edir. Maraqlıdır, Rubenin bəlkə hansısa “müdafiə ordusu” və ya xaricdən kömək almaq ümidi var? Bəlkə separatçı qalıqlarına ümid edir? Anlamırmı ki, bütövlükdə Ermənistan silahlı qüvvələrini 44 günə diz çökdürən Azərbaycan üçün “qırıntıları” silib-süpürmək neçə günlük yox, neçə saatlıq iş ola bilər? Bəs Vardanyan o zaman taleyinin necə olacağını düşünübmü? Bəlkə elə iniltilərinin bir səbəbi də budur?

İllüziyalar, cəfəngiyyatlar burulğanında boğulan və buna görə də inildəyən Ruben Vardanyan yaxşı olardı ki, öz işi ilə məşğul olardı və qanmadığı məsələyə burnunu soxmazdı. Bax belə etsəydi indiki kimi inildəməzdi. Azərbaycanın artıq səbr kəsası dolmaq üzrədir və bunu inildəyən Vardanyanın timsalında bütün ermənilər hiss edirlər, hansıki yuxularını da ərşə çəkən elə budur. İndi Vardanyan da, digərləri də inildəməmək üçün revanşist illüziyalardan və cəfəngiyyatlardan əl çəkməlidir. İndi artıq Qarabağın separatçı boyunduruğu altında yaşayan bütün erməni etnik əhalisinin qərar vermək vaxtıdır və onlar bilməlidirlər ki, ya Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda sabit, sakit həyat sürməlidirlər, ya da birmənalı şəkildə sərhədlərimizi tərk edərək Ermənistana üz tutmalıdırlar və ermənilər özlərini bilməməzliyə vursalar da bu reallıq artıq hamı tərəfindən başa düşülür. Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn, Moskvanın verbofkası olan və gəldiyi zaman Azərbaycanın yaratdığı reallıqlarla qarşılaşan, amma barışmaq istəməyən Ruben Vardanyanı bir də inildədən məhz bu reallıqlardır, hansıki ki, o özü də həmin reallıqlarla üz-üzədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə