Hər üç ölkə arasındakı əlaqələr inkişaf edən xətt üzrə davam edir - DEPUTAT DANIŞDI
“Dekabr ayının 14-də cənab Prezident Türkmənistana səfər edib. Eyni zamanda Türkiyə Cümhuriyyətinin prezidentinin də bura səfəri baş tutmuşdu. Bu ilk səfər idi ki, üç dövlət arasında zirvə toplantısı keçirilir. Bu əməkdaşlığım etibarlı əsasları var. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, keçmiş tariximiz də əsas verir ki, sağlam əməkdaşlıq fonunda münasibətlər daha da inkişaf etdirilsin. Hər üç dövlət arasında iqtisadi, siyasi, mədəni, nəqliyyat əməkdaşlıq üçün vacib olan şərait yaranır. Bildiyimiz kimi Türkiyə ilə Şuşa bəyannaməsindən sonra əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə yüksəldi.
Türkmənistanla isə 2017-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır. Ümumilikdə hər üç ölkə arasındakı əlaqələr inkişaf edən xətt üzrə davam edir.
İqtisadi əməkdaşlığımız da inkişaf edən xətt üzrə irəliləyir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 5 milyard dollara çatdırılıb. Bu istiqamətdə işlər daha da uğurlu şəkildə inkişaf etdirilir. Eyni zamanda Türkmənistan ilə ticarət dövriyyəmiz də artmışdır. Bunlar göstərir ki, hər üç dövlət arasında bir çox sahələr üzrə əməkdaşlıq var.
Azərbaycan, Türkiyə, Türkmənistan logistika sahəsində böyük uğurlara imza atıb. Bildiyimiz kimi, ölkəmiz tərəfindən bu istiqamətdə bir çox layihələr icra edilib. Ümumiyyətlə Azərbaycan logistika sahəsində vacib tranzit ölkələrdən birinə çevrilib. Azərbaycan Şərq, Qərb və eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu istiqamətlərd regionda demək olar ki, sözü gedən ölkəyə çevrilib. 2022-ci ildə Azərbaycan ərazisindən keçən ümumi tranzit daşınmalarının həcmi 80 faizdən çox artıb. Bu sahənin daha da inkişaf etməsi üçün gələcəkdə Zəngəzur dəhlizinin açılmasının da böyük töhfəsi olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB