Avropa İttifaqı yeni sanksiyaların tətbiqinə hazırlaşır

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Rusiya və İrana qarşı sanksiyaları müzakirə edəcəklər. SİA xarici mətbuata istinadən xəbər verir ki, xarici işlər nazirlərinin toplantısında gündəmə gətiriləcək Rusiyaya qarşı 9-cu sanksiya paketində 200-ə yaxın şirkət və şəxsin sanksiya siyahısına salınması yer alıb.

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Brüsseldə bir araya gələrək Rusiya və İrana qarşı daha çox sanksiyaların tətbiqi, Ukraynaya silah yardımı fonduna 2 milyard avro vəsaitin köçürülməsini müzakirə edəcəklər.

Bununla belə, Aİ-nin Macarıstana bəzi fond ödənişlərini dayandırması fonunda Macarıstanın Aİ xarici işlər nazirlərinin bugünkü iclasında bəzi qərarlara veto qoya biləcəyi bildirilir.

Aİ diplomatları öz qiymətləndirmələrində, "Bu, şantaj diplomatiyasıdır" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə