"Volkov öz vəzifəsindən sui-istifadə edir" -POLİTOLOQ AYDINLIQ VERDİ

"Rusiya sülhməramlıları 2020-ci il 10 noyabr 3 tərəfli bəyannamə əsasında Azərbaycanla-Ermənistan sərhəddi arasına yerləşdirilib. Artıq 2il 2aydır ki bu qüvvələr oradadırlar. Bu qüvvələr ora yerləşəndən sonra daim biz müşahidə edirik ki, onlar Qarabağda yaşayan speratçı ermənilərə dəstək olurlar və kömək edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, bizim müvafiq qurumların dəqiq məlumatları var ki, onlar həmin yoldan həmin speratçıları silahlandırmaq üçün istifadə edirlər. Ora gələn silah və sursata göz yumurlar, xarici vətəndaşlar Azərbaycan dövlətinin icazə olmadan həmin sülhməramlıların vasitəsi ilə buraxılır. Anti-Azərbaycan qüvvələr ora gəlib-gedirlər. Bütün bunlarda təbii ki, Azərbaycanın müvafiq dövlət qurumlarında hiddət doğurur. Bu məsələ ilə əlaqədar dəfələrlə Azərbaycan dövləti tərəfindən Rusiya müdafiə nazirliyinə, eləcədə burada olan sülhməramlıların komandanlığına xəbərdarlıq, məlumatlar vermişik. Onlar dəfələrlə bunu pozurlar. Bu haqda artıq ölkə rəhbərliyi Rusiya rəhbərliyinə məlumat verib. Sülhməramlıların üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə tələb olunub. Bu günlərdə bir qrup jurnalistimizin Azərbaycan müvafiq orqanlarının nümayəndələri, oradakı ərazilərimizə səfər etmişlər. Bu səfərində əsas məqsədi orada olan ermənilərin qeyri-qanuni qazıntılar apararaq orada olan təbii sərvətlərimizin daşınmasını dünyaya göstərmək idi. Bunada oradakı dırnaq arası "sülhməramlılar" göz yumur. Bu göz yummaq mən deyim ki, elə belədə deyil. Artıq Rusiya mətbuatında da məlumat yayıldı ki, Qarabağa gələn yeni dövlət naziri təyin olunan Vardaryan, Rusiyadan olan milyarder həmin sülhməramlıların komandanı general-mayor Volkova böyük mənzil bağışlayıb, ona böyük hədiyyələr verib. Yəni Volkovu bunlar maliyyələşdirirlər. Volkovda öz vəzifəsindən sui-istifadə edərək, belə işlər görürlər. Bu haqda biz lazimi tədbirlər görülməsi üçün Rusiyanın xarici işlər nazirliyinə, müdafiə nazirliyinə və prezidentə müvafiq məlumatlar vermişik. Bu sülhməramlıların orada qalması 5 il müddətinədir. Bildiyiniz kimi Azərbaycan tərəfi bildirmişdir ki, bu 5 il bitdikdən sonra onlar buarada qalmayacaqlar. Ona qədər biz Ermənistanla sülh müqaviləsi bağlayacayıq və həmin sülhməramlıların qalmasına ehtityyac qalmayacaq. Güman edirəm ki, ən uzaqı 2il yarıma Azərbaycan bölgəsindən çıxarılacaq".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə