Erməni - fars qardaşlığı bəşəriyyət üçün təhlükə mənbəyidir TƏHLİL
BMT-nin insanlığın terrordan xilas edilməsi üçün təcili tədbirlər görməsi vacibdir
Reallıq ondan ibarətdir ki, erməni terrorçu toplum Azərbaycan ərazilərinə köçürüləndən azərbaycanlılar müxtəlif formalarda əziyyətlər çəkmişlər. Yəni ermənilər farslardan, ruslardan və digər məkrli və qəddar qüvvələrdən hərbi-siyasi dəstək almaqla azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirmişlər. Erməni terrorçuları xaricdən aldıqları dəstək hesabına qeyri-insani siyasəti yeridərək azərbaycanlıları indi Ermənistan adlandırılan tarixi torpaqlarından didərgin salmış, qırğınlar həyata keçirmiş, yurd-yuvalarından didərgin salmışlar. Ermənilərin bölgədə süni şəkildə artırmaq üçün zaman-zaman iş aparılmışdır. Nəticədə, əhali sayını qisməndə olsa artırmağa nail olmuşlar. 1905-1907- ci illərdə ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması bölgədə demokratik vəziyyətin tamamilə dəyişməsinə səbəb olmuşdur. Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyata keçirmələri ilə bağlı təbliğatları Qafqaz bölgəsini milli qırğınlara gətirib çıxarmışdır. 1905-1906-cı illərdə Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə və digər tarixi Azərbaycan torpaqlarında on minlərlə azərbaycanlı erməni terrorçu qüvvələri tərəfində qətlə yetirilmişlər. Erməni daşnaq quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandıraraq, uşaqlara, qadınlara və qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Erməni quldur dəstələri yalnız Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış əhalini vəhşicəsinə qətlə yetirmişlər. 1905-ci il fevralın 5-də erməni terrorçu dəstələri Bakı qəzası Sabunçu kəndinin sakini Ağarza Babayevi öldürmüşlər. Qətl iğtişaş yaratmaq məqsədilə törədilmişdir. Elə həmin gün erməni quldur dəstələri realnı və texniki məktəblərin 7-ci sinif şagirdləri Yakov Lebedivi və İvan Volkovu öldürmüşlər. Erməni alimi C. Libardyanın yazdığına görə üç il ərzində (1904-1906-cı illər) erməni terrorçuları 105 “siyasi qətl” törətmişlər. Bunların 56-sı ermənilərə qarşı, 32-si siyasi bəhanələrlə həm ruslara, həm də türk məmurlarına və zabitlərinə qarşı, 2-3-ü təsadüfən heç bir səbəb olmadan, qalanları isə bankirlərə və sələmçilərə qarşı olmuşdur. Alimlər Libardiyanın göstərdiyi rəqəmləri araşdıraraq yazmışlar: “... Bu qısa üç illik dövrdə erməni terrorçuları tərəfindən öldürülmüş, erməni mənşəli hər iki adamla yanaşı bir qeyri-erməni mənşəli şəxsdə öldürülmüşdür. Məqsəd dəyişməyibdir: dinc ermənilərin böyük əksəriyyətini qəsdən qorxutmaq, onları terrorçuların fəaliyyətini təsviq etmək məcburiyyətində qoymaq”.1905-ci ilin fevralın 6-da Bakıda Mixaylov xəstəxanasının sənədlərinə görə erməni milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osipovun və başqa maqnatların havadarlığı sayəsində terror qrupu 18 adamı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 6-sı rus, 6-sı erməni, 5-i isə başqa millətin nümayəndələridir.
Fars molla rejimi hər zaman erməni qardaşlarına yardımçı olublar
Tarixi reallıqlardan çıxış edərək qeyd etmək olar ki, erməni terrorçuları qətllər və soyqırım aktarı törədərkən daha çox bədnam fars qüvvələrindən dəstək alıblar. O zamandan ermənilərə göstərilən hərbi-siyasi dəstək bu gün də davam etməkdədir. 30 il erməni işğalı altında olmuş torpaqlarımızın yeraltı yerüstü sərvətlərinin talan edilməsində fars-molla rejimi xüsusi fəallıq göstərib. Sözdə isə Azərbaycanla dost ölkə olduğunu və dövlətimizin ərazi bütövlüyünü tanıdığını, Azərbaycan xalqının milli varlğına hörmətlə yanaşdığını bildirib. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdiyi zaman fars-molla rejiminin əsl bədnam siması məlum oldu. Dərhal Azərbaycanla sərhəddə şou xarakterli hərbi təlimlər keçirdi, Ermənistanın Qafan şəhərində Baş Konsulluq açmaqla “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi mənasız fikirləri dövriyyəyə buraxdı, Baş nazir N.Paşinyanı Tehrana rəsmi səfərə dəvət edib, müəyyən separatçı sövdələşmə apardı, müqavilələr imzaladı. Bununla tərəflər baş molla Xomneinin dediyi kimi, erməni-fars xalqları arasındakı min illik qardaşlığın dərin köklər malik olduğu nümayiş etdirildi. Əmmaməli mollalar da bekar dayanmayıb Azərbaycan haqqında hədyanlar danışır, qəpik-quruşa köləlik edən TV əməkdaşlarını, mətbu orqan nümayəndələrini dövriyyə buraxıb, sərsəm fikirlər ifadə edirlər. Bəzən isə o qədər ağ yalanlar uydurulub, tirajlayırlar ki, bir növ “bişmiş toyuğun belə gülməyi gəlir”. Amma unudurlar ki, fars-molla rejiminin meydan suladıqları ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Min illərdir ki, o ərazilərdə Azərbaycan oğulları hökmranlıq ediblər. Azərbaycan dili vahid və əsas dil olaraq hakimiyyətlərin başlıca dövlət dili olub. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacarlar zamanında Azərbaycan türkcəsi elm, ədəbiyyat dili olmaqla bərabər, rəsmi dövlət səviyyəsində mühüm mövqeyə malik olmuşdur. Hətta XVI əsrin əvvəllərində əsası qoyulan vahid, mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətində (1501-1736) türk dili dövlət dili səviyyəsinə yüksəlmiş, dövlətlərarası diplomatik yazışmalarda geniş istifadə olunmuşdur. Səfəvi hökmdarı I Şah İsmayıl öz müasirləri kimi məşhur şeir və qəzəllərindən ibarət olan divanını məhz türk dilində yazmışdır. Nadir şah Əfşarın hakimiyyəti (1736-1747) dövründə də, İranda xalq arasında, sarayda və orduda Nadir şahın rəsmi yazışmalarında türk dilindən geniş istifadə edilmişdir. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra da Azərbaycan torpaqlarında formalaşan müstəqil xanlıqlarda Azərbaycan türk dili aparıcı yer tutmuşdur. Qacarlar sülaləsinin hakimiyyəti (1791-1925) dövründə də Azərbaycan türk əsilli hökmdarlar əsas dil Azərbaycan türkcəsi olmuşdur. Bunu fars molla rejiminin elm, mədəniyyət nümayəndələri, araşdırmaçı jurnalistləri, tarixçiləri bilməmiş deyillər. İndi bunu etiraf edib, dilə gətirmirlərsə, bu, onların kar və kor olmalarından irəli gəlir. O ki qaldı molla rejiminin hay-küylü hərbi təlimlərinin keçirilməsinə, bu kimi hallar onların özlərinə problem gətirə bilər. Çünki güclü və qüdrətil Azərbaycan ordusu istənilən məqamda molla rejiminin sütunlarını məhv edə bilər. Digər tərəfdən, bu günlər Türkiyə və Azərbaycanın hərbi birləşmələrinin "Qardaş yumruğu" birgə təlimlərinin keçirilməsi ermənilərə və onların havadarlarına sərt yumruqdur, başlarına dəysə darmadağın olarlar.
"Qardaş yumruğu" ermənilərə və onların havadarlarına sərt yumruqdur, başlarına dəysə darmadağın olarlar
Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tanklar, artilleriya batareyaları, təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edilib. Hərbi təlimləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib. Dekabrın 6-da soyuq və qarlı havada həyata keçirilən təlim çərçivəsində ilk olaraq artilleriya batareyaları ilə müəyyən edilmiş hədəflərə atəş açılıb. Hədəflər dəqiqliklə vurulduqdan sonra tank atışlarına başlanılıb. Sonra T-72 və T-90 tankları müəyyən edilən hədəfləri məhv etdikdən sonra ikinci dəfə artilleriya batareyaları atəş açıb. Artilleriya atəşindən sonra isə zirehli bölmələrin hücumları başlayıb.Təlimin növbəti hissəsində yaralılar helikopterlə təxliyyə olunub, eyni zamanda, panton körpülərlə çaydan keçmə əməliyyatı icra edilib, artilleriya batareyalarının köçürülməsi həyata keçirilib. Bütün bu proses Hərbi Hava Qüvvələri elementlərinin hava dəstəyi ilə reallaşdırılıb."Qardaş yumruğu" təlimi planda nəzərdə tutulan hədəflərin tutulması ilə uğurla başa çatıb. Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Hərbi təlimlərin keçirilməsi dostları sevindirsə də düşmənin bağrını yarıb. Politoloq Rəşad Bayramov hərbi təlimlərin keçirilməsindən daha çox molla rejimi və Ermənistanın narahat olduğunu bildirib: “İran – Ermənistan münasibətlərinin təməlində Azərbaycan və türk düşmənçiliyi dayanır. Məhz elə bu səbəbdəndir ki, Ermənistan öz müstəqilliyini elan etdikdə onu tanıyan ilk ölkələrdən biri İran olub. Erməni xristian icması İranın ən böyük xristian icmasıdır və İranda 40 erməni kilsəsi fəaliyyət göstərir. İran rəsmi olaraq ermənilərə öz dilində təhsil almaq, KİV qurmaq hüququ verib və hal-hazırda İranda çoxlu sayda erməni məktəbləri və erməni dilində nəşr olunan qəzet-jurnallar var”. Politoloqun sözlərinə görə, molla rejimi Ermənistan ilə əlaqələrinə xüsusi bir əhəmiyyət verməkdədir, çünki bu, Azərbaycan və Türkiyə əməkdaşlığın önünə keçə bilmək üçün əhəmiyyətli bir alternativdir: “İranın Ermənistan arasında münasibətlərin inkişafını şərtləndirən digər mühüm səbəb də dünyada mövcud olan diaspor əlaqələridir. Əslində, İran-Ermənistan münasibətlərini İran Ayatullası Əhtari Aram Simonyanla görüşdə bir cümlə ilə tam olaraq ifadə etdi. O bildirdi ki, “Ermənistanla İran bir millət, iki dövlətdir”. Bax, budur müsəlman Azərbaycana düşmən kəsilən, məscidlərimizi dağıdan, uşaq, qadın, yaşlı demədən azərbaycanlıları qətl edən, uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistana İranın münasibəti. Molla rejiminin erməni terror təşkilatı olan ASALA ilə əlaqələrinə gəldikdə isə, bu danılmaz faktdır və bunu qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan da bu yaxınlarda verdyi açıqlama ilə təsdiqləyib. Jamçokyan ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyanın Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdüyünü və həmin şəxslərin Zəngilan, Qubadlı və Horadizə hücum planından tam xəbərdar olmalarını, hətta həmin planları hazırlayanları kifayət qədər yaxşı tanıdıqlarını da deyib. Başqa sözlə desək, İran xüsusi xidmət orqanları torrorçularla görüşməklə yanaşı, həm də Azərbaycan ərazilərinin işğalına da seyrçi yanaşıblar. Eləcə də Şuşanın işğalı ərəfəsində guya ki, vasitəçilik missiyası ilə çıxış edən İranın Şuşanın işğalında oynadığı rol da unudulmamalıdır. Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında atəşkəs sazişinin imzalanmasından altı saat sonra Şuşanın işğal edilməsi və rəsmi Tehranın da bu məsələyə seyrçi mövqeyi, əslində, İranın iç üzünü görmək üçün kifayət edir. Halbuki İran ən azından öz vasitəçiliyi imzalanmış atəşkəs sazişinin pozulmasına görə Ermənistana təzyiq edər və onlardan hesabat tələb edərdi. Ancaq bunlar baş vermədi. Birinci Qarabağ savaşında iranlı generalların ermənilərə hərbi təlim keçməsi də bir faktdır və ermənilər bu faktı gizlətmirlər. Eləcə də birinci Qarabağ savaşında erməni ordusunun qida və geyimlə təchiz olunmasında, blokadada olan Ermənistanın ayaqda qalması üçün hər çür dəstək verilməsində, olduqca cüzi qiymətlərlə benzin və qaz təchizatını həyata keçirməsində də İranın olduqca böyük rolu olub. Bu gün də İran eyni mövqe sərgiləyərək Ermənistanı yanacaq məhsulları ilə təmin edir. İrandan Ermənistana verilən və elektrik enerjisi ilə əvəz edilən qazın qiymətinə baxsaq görərik ki, bu rəqəm təqribən 173 dollar civarındadır və bu da o deməkdir ki, İran Ermənistana dünyada mövcud olan ən ucuz qiymətə qaz verir. Misal üçün deyim ki, İrandan Türkiyəyə verilən qazın qiyməti 500-550 dollar aralığında dəyişir”.
Bir sözlə, fars-molla rejimi və Ermənistan başlarını qaldırmağa cəhd etsələr, layiq olduqları cəzanı alacaqlar. Hələlik isə onu vurğulamaq yerinə düşərdi ki, dünya üçün təhlükə mənbəyi olan bu iki dövlət yer üzündən silinməsə, bəşəriyyət dinclik tapmayacaq. Ona görə də, dünya dövlətləri və xalqları sakit yaşam qurmaq istəyirsə, təcili tədbirlər görməlidir. Yəni BMT-nin insanlığın terrordan xilas edilməsi üçün təcili tədbirlər görməsi vacibdir.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB