"Heydər Əliyevin ili ölkəmizdə çox böyük coşqu və sevinclə qeyd olunacaq" -DEPUTAT ŞƏRH ETDİ

"Heydər Əliyev böyük şəxsiyyət, ümummilli lider və Azərbaycan dövlət quruculuğunda çox böyük rolu olmuş siyasi liderdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin 100 illiyi ilə bağlı "Heydər Əliyev" ili elan olunmağı əslində imkan verəcək ki, Azərbaycan dövlətinin strategiyası, onun strateji inkişafı ciddi araşdırılsın. Heydər Əliyevin bu istiqamətdə dövlət quruculuğunda gördüyü işlər araşdırılsın və cəmiyyətimizə, xalqımıza nümayiş olunsun. Mənim fikrimcə Azərbaycan dövlətinin hansı istiqamətində inkişaf etməyi və güclənməyi üçün hələ nələr etməyi, nə işlər görməyi bu araşdırmalar nəticəsində çox ciddi mövzülar olacaq. Heydər Əliyevin 100 illiyi ölkəmizdə çox böyük coşqu və sevinclə qeyd olunacaq. Mən düşünürəm ki, gələn il bir çox həm beynəlxalq, həm də dövlət tədbirləri baş tutacaq. Heydər Əliyev Azərbaycan xalqı üçün hər zaman əlindən gələni etmişdir, xalqımızın rifahı üçün daim çalışmışdır. Hal-hazırda onun siyasi kursunun layiqli davamçısı olan Ölkə Prezidenti cənab İlham Əliyevdə ata vəsiyyəti olan Şuşanı yenidən azad etdi və xalqımıza çox böyük bir hədiyyə bəxş etdi".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə