Latviyada fəaliyyət göstərən Rusiyanın müstəqil televiziya kanalı “TV Rain”in yayım lisenziyası ləğv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Latviya Milli Radio və Televiziya Şurasının sədri İvars Abolins "Twitter" hesabından verdiyi açıqlamada, sözügedən kanalın səlahiyyətinin milli təhlükəsizlik və ictimai asayişə təhdidlər səbəbindən ləğv edildiyini bildirib. “Latviya qanunlarına hamı tabe olmalı və ona hörmət etməlidir”, - Abolins bildirib.
TV Rain-in yayımlarının dekabrın 8-də bitəcəyini deyən Abolins, daha əvvəl heç bir pozuntu olmadığına əmin olduqlarını bildirib. “TV Rain” telekanalı əvvəlki yayımda Krımın xəritəsini Rusiya ərazisi kimi göstərdiyinə görə cərimələnib.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB