Fazil Mustafa bu səfirləri tənqid etdi

"İstər Fransa, istər Belçika və digər ölkələr olsun. Necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir?! 30 ildir orada diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin orada 1-2 dostu da yoxdur? 5 il müddətində oradakılarla əlaqə yaratmaq lazım idi. Onlar 5 ildir orada nə ediblər?! Yəni ermənilər bütün dünyanı ələ alıblar?! Bu istiqamətdə fəaliyyət göstərənlər qabiliyyətsizliyinə görə daha da önə çəkilir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, bizim iki Xarici İşlər nazirimiz var: "Yəni, bu yükü götürmək imkanlarımız xeyli genişdir. Azərbaycan Prezidenti öz çıxışı və davranışı ilə Azərbaycanı yüksək səviyyədə bütün dünyaya tanıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə