"Prezident İlham Əliyev öz diqqətini daxilə də yönəldməyə çalışır" -POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"Prezident İlham Əliyev öz diqqətini daxilə də yönəldməyə çalışır" -POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"Cənab Prezidentin bölgələrə səfəri ilə bağlı onun siyasi kursunun bir tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Bayramov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin bu səfərləri onun siyasi kursunun mahiyyətinin cəmiyyətə bir mesaj kimi verir. Azərbaycan bütov bir məmləkətdir. Bu bütovlüyünün bölgələrlə Azərbaycan dövlətinin tərkib hissəsidir. Və cənab Prezidentin hər hanısa bir bölgəyə getməsi, onun bilavasitə missiyasının tərkib hissələrindən biridir. Sadəcə müharibə və beynəlxalq səfərlərin olmadığı bir məqamda Prezident İlham Əliyev öz diqqətini daxilə də yönəldməyə çalışır və tez-tez bölgələrimizin vəziyyətini şəxsən özü bu səfərlərlə yoxlayır. Prezidentimizin ayrı-ayrı bölgələrə səfərləri həm də yerli məmurlar üçün bir mesajdır. Bilirsiniz ki, son dövrlərdə Azərbaycanda rüşvətxorluqun qarşısı alınmağa davam edir və bəzi yerli məmurlara dərs olur. Bəzi ədəbbaz yerli məmurların rüşvətxorluqa yiyələnməsi cənab Prezidentimizin siyasi kursuna xələl gətirir. Mən belə düşünürəm ki, cənab Prezidentin bölgələrə şəxsən ayrı-ayrılıqda səfərləri, bu rüşvətxorların, vəzifədən sui-istifadə edən şəxslərin qarşısının alınmasına və bu mübarizənin necə uğurla həyata keçməsinin bariz nümunəsidir. Bununla da həm ictimayyətə, həm də bölgələrdə çalışan yerli kadrlara bir mesaj verilir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə