"Tatarıstanı Azərbaycanla birləşdirən möhkəm bağlar var" - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

"İlk öncə onu qeyd etmək lazımdır ki, Tatarıstan Rusiyanın tərkibində ən böyük ərazi quruluşuna malik olan respublikalardan biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı qeyd etmək lazımdır ki, Tatarıstanı Azərbaycanla birləşdirən bir neçə möhkəm bağlar var. İstər iqtisadi zəmində, dini zəmində, istərsə də dostluq, qardaşlıq zəminində böyük bağlar vardır. Tatarıstan prezidenti Azərbaycana səfəri zamanı II Qarabağ müharibəsində iştirak etmiş milliyyətcə tatar olan şəxslərin mükafatlandırılmasını həyata keçirib. Bu, bir daha onu göstərir ki, Azərbaycanın bölgədə sülhün bərqərar olinması, təhlükəsizliyin təmin olunması istiqamətlərində atdığı addımlar, göstərdiyi səylər Tatarıstan tərəfindən də dəstəklənir".

Politoloq fikirlərinə davam edərək bildirib ki, Tatarıstanı Azərbaycanla birləşdirən mühüm bağlar var. Buna dini, mədəni və iqtisadi əlaqələridə göstərmək lazımdır ki, bu əlaqələrin gələcəkdə də inkişaf etməsi mühümdür. Tatarıstan dövləti eyni zamanda Azərbaycanın son günlər Avropa və Orta Asiyada artan maraqıda daha çox diqqəti cəlb edir. Bilirsiniz ki, Azərbaycan Avropaya enerji nəqlini təmin etməklə yanaşı bir sıra dövlətləri öz tərəfinə çəkə bilmişdir. Buda Tatarıstan dövləti üçün olduqca maraqlıdır. Həm enerji təminatı, həm Orta Asiya, həm də ki, Türkiyə kimi dövlətlə əlaqələrin məhz Azərbaycan üzərindən qurulması məsələləri də dündəliyə çıxarıla bilər və müzakirə oluna bilər. Hesab edirəm ki, Tatarıstan Prezidentinin Azərbaycana səfəri həm siyasi, həm iqtisadi, həm də hərbi xarakter daşıyır".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə