"Azərbaycan Tatarıstan arasında yeni iqtisadi əalqələr uğurla davam edəcək" -BEYNƏLXALQ EKSPERT RƏY BİLDİRDİ

"Rusiya Federasiyası Tatarıstan respublikasının prezidenti böyük nümayəndə heyyəti ilə Azərbaycana səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev Tatarıstan prezidentini və nümayəndə heyyətini qəbul etdi. Qəbul zamanı səsələndirilən bir çox fikirlər onu göstərir ki, Azərbaycan dövləti Rusiya Federasiyası subyektləri ilə bir çox istiqamətlərdə əlaqələrin qurulmasında xüsusi ilə də iqtisadi münasibətlərin genişləndirilməsində iradə ortaya qoymuşdur". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu iradə Azərbaycanın iqtisadi müstəqilliyinin qorunub saxlanmasına əsaslanır. Eyni zamanda Tatarıstan iş güzar nümayəndə heyyəti ilə Azərbaycan biznes nümayəndələrinin arasında biznes forum təşkil olundu. Bu forum zamanı səsələndirilən fikirlər, qurulan əlaqələr onu göstərir ki, Azərbaycanın Rusiya ilə ticarət əlaqələri davamlı şəkildə inkişaf etdiyi kimi, Azərbaycanın Tatarıstan respublikası ilədə münasibətləri, itisadi əlaqələri, ticarət dövriyyəsi davamlı şəkildə artır. Belə ki, ötən illərə nisbətən Azərbaycanın Tatarıstanla qarşılıqlı ticarət dövriyyəsi təxminən 30 faizə yaxın artmışdır. Eyni zamanda bu il ticarət dövriyyəsinin yenədə artacağı və 100 milyon dolların üzərində bir ticarət dövriyyəsinin formalaşacağı proqnozlaşdırılır. Bütün bunlar onu göstərir ki, Azərbaycan 2022-ci il fevral ayının 22-sində imzalanmış qarşılıqlı birgə fəaliyyət haqda strateji müttəfiqlik bəyannaməsinə sadiqdir. Məhz bu bəyannamənin tələblərinə uyğun olaraq Rusiya Federasiyası subyektləri arasında çox ciddi iqtisadi əlaqələr qurulub. Bu əlaqələlərin davamlı şəkildə genişləndirilməsi və inkişafı hər iki tərəf üçün vacibdir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə