"Bu məsələni kiçiltmək və fərqləndirmək olmaz" - HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

"Bu məsələni kiçiltmək və fərqləndirmək olmaz. Hesab edirəm ki, bu hadisə rus sülhməramlılarının iradəsizliyi əsasında həyata keçirilən addımlar deyil". Bu sözləri SİA-ya açıqlmasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu ümumilikdə Rusiya dövlətinin və ya Rusiya dövlətindəki hər hansısa hərbi strukturun Azərbaycana olan münasibətidir. Azərbaycan da haqlı olaraq məsələ ilə bağlı siyasi iradə nümayiş etdirib. Bildiyimiz kimi məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də bu halların qarşısını almağı tələb edir. Azərbaycan ərazisində olan adların dövlətin qəbul etdiyi dildə tanıtmasını, qəbul olunmasını və yazılmasını tələb edir. Rusiya ordusu bunları icra edən bölmələrinin erməni silahlı birləşmələrinə hərbi yardımların edilməsinə mane olmalıdır.

Ümumiyyətlə, erməni hərbi dəstələrinin oradan çıxarılması tələb olunur. Ümidvaram ki, bu məsələlərdə Rusiya sülhməramlı birləşmələrinin komandanlığı və Rusiya Müdafiə Nazirliyi öz üzərinə düşəni edəcək. Lakin onu da qeyd etmək istəyirəm ki, sülhməramlıların da orada çox ciddi səhvləri var. Hesab edirəm ki, Azərbaycan bu məsələdə kəskin şəkildə dövlət səviyyəsində münasibətini bildirməlidir. Rusiya sülhməramlılarının normallaşdırılmış şəkildə orada fəaliyyətini davam etdirməsini tələb etməlidir. Əks təqdirdə Azərbaycan ordusu bizə qarşı olan təxribatları törədən erməni silahlı birləşmələrini tərksilah edərək anti-terror əməliyyatı keçirməlidir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə