"Azərbaycan regionda yeni sülh şəraitini bərqrar etdi" - POLİTOLOQ ŞƏRH ETDİ

"Ötən gün ölkə başçısının çıxışında region ölkələri və reguondan kənarda olan ölkələr haqqında mühüm mesajlar verdi. Belə ki, ilkin olaraq Fransa ilə əlaqələrə yenidən münasibət bildirildi və qeyd olundu ki, o münasibəti ki, Fransa Azərbaycana qarşı sərgiləyir bundan sonra ümumiyyətlə, Fransanın hansısa formada regionda baş verən proseslərdə iştirakı mümük olmayacaq. Bu ilk növbədə Fransanın öz günahıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, İranla bağlı məsələ də əsas müzakirə obyektlərindən oldu. İranın son iki il ərzində aktiv şəkildə Azərbaycana qarşı göstərdiyi mövqe nə din, nə mədəni, nə də ki tarixi oratqlığımıza sığmır. İranın əzələ nümayişi isə açıq aşkar təhdid xarakteri daşıyırdı. Belə olan halda Azərbaycana da bu münasibətə layiqli cavab verdi. Bununla da Azərbaycan kimdənsə və ya nədənsə qorxmadığını bir daha sübut etdi. Ümumiyyətlə, Azərbaycan II Qarabağ müharibəsindən sonra regionda yeni sülh şəraitini bərqrar etdi, yeni əməkdaşlıq platformaları təklif etdi. Azərbaycan daim qonşuları ilə mehriban münasibətlərin qurulmasını, qarşılıqlı etimadın yaradılmasını, daxili işlərə qarışmamaq və bütün ziddiyyətkəri diplomatik yolla həll olunmaaı prinsiplırini üstün tutub. Bu gün də bu prinsiplər Azərbaycan xarici siyasətinin əsasını təşkil edir. Ermənistanın işğalçı, riyakar siyasəti fonunda belə Azərbaycan qalib dövlət kimi ilkin olaraq sülhün əldə olunamsını təklif etdi. Yeni reallıqları nəzərə alaraq bölgədə həm siyasi həm də iqtisadi inkişafı nəzərdə tutan əməkdaşlığı təklif etdi. Lakin bu günə qədər Ermənistan tərəfindən bu istiqamətdə real addımların atılması gecikdirlir. Belə olan halda Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq lazım olan tədbirləri icra etmık hüququnu özündə saxlayır. Son günlər Ermənistanın artan təhdid ritorikası bir daha onu göstərir ki, Ermənistanın siyasi hakimiyyəti bölgədə birgəyaşayış formulunu qəbul etmək istəmir, sülh sazuşini imzalamqda zaman udmaq istəyir.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə