"Ölkə başçısının səsləndirdiyi yeni fikirlər bir çox sahələri özündə ehtiva edirdi" - QHT RƏSMİSİ ŞƏRH ETDİ
"Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin təxminən 35 dəqiqləlik çıxışını tədbir iştirakçıları, eləcə də mətbuat vasitəsilə Azərbaycan ictimaiyyəti dinlədi". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Onun sözlərinə görə, həm hakim, həm də güclü partiyanın sədri Prezident İlham Əliyevin çıxışı diqqət mərkəzində idi: "Bu baxımdan ölkə başçısının çıxışı zamanı səsləndirdiyi yeni fikirlər bir çox sahələri özündə ehtiva edirdi. YAP-ın yaranması ilə bağlı tarixə ekskursiya olundu, Ulu Öndər Heydər Əliyevin bu partiyanın yaranması üçün göstərdiyi səylərdən və Azərbaycanın yeni müstəqilliyə qədəm qoyduğu dövrdə Ulu Öndərin rolunun nə qədər vacib olduğu vurğulandı. Dövlət başçısı həmin dövrlərdə ölkədə yaranmış olan iqtisadi, siyasi böhrandan, ölkənin düşdüyü ağır vəziyyətdən, torpaqlarımızın işğal olunmasından və digər məsələlərdən danışdı. Təbii ki, ərazi bütövlüyümüzün bərpası üçün iqtisadiyyatımızın və ordumuzun möhkəmlənməsi ilə bağlı görülən işlərin söhbət açdı. Vurğuladı ki, iqtisadiyyatımız və ordumuz güclənmədən heç cür qalib bir dövlətə çevrilə bilməzdik. Ölkə başçısı həmçinin bildirdi ki, ordumuzun inkişafı üçün müəyyən məxfiliklərə üstünlük verirdik. Bu istiqamətlər üzrə gedən işlər elə məhz dövlət başçısının hakimiyyətdə olduğu illərə təsadüf edir. Həttə Azərbaycan Prezidenti qeyd edib ki, mən ata vəsiyyətini yerinə yetirmişəm.
Dövlət başçısı həm Ulu Öndərin arzu və istəklərinin reallaşması, həm də YAP-ın qarşıya qoyduğu məsələlərin yerinə yetirilməsi ilə bağlı sanki hesabat xarakterli çıxış sərgilədi. Burada dövlət başçısı uğurlu xarici siyasətlə bərabər beynəlxalq təşkilatlara, bəzi xarici dövlətlərə mesajlar göndərdi ki, onlar həm müharibə, həm də postmüharibə dövründə münaqişənin həll olunmasını istəmirdilər.
İlk dəfə idi ki, dağıdıcı olmayan müxalifət partiyalarının nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bu tədbirə dəvətli olduğunu gördüm. Müxalifət partiyalarının bu tədbirdə iştirakını qınayan şəxslər başa düşməlidir ki, ölkənin gələcəyi iqtidar-müxalifət əməkdaşlığından, dialoqdan keçən haldır.
Partiyanın üzvü olaraq partiya yoldaşlarımı, eləcə də partiyanın üzvü olmasa belə onun siyasətinə öz müsbət dividentlərini verən hər kəsə 30 illik yubiley münasibətilə təbriklərimi çatdırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB