"Təxribatçı ölkəyə qarşı anlayacağı dildə cavablar verilməlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Təxribatçı ölkəyə qarşı anlayacağı dildə cavablar verilməlidir" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Ermənistan tərəfinin sərhəd bölgələrdə hərbi qulluqçularımızı qıcıqlandırmağa çalışması, atəşkəsi intensiv şəkildə müxtəlif istiqamətlərdən pozması onu göstərir ki, Azərbaycan ordusu təxribatçı ölkəyə qarşı anlayacağı dildə adekvat cavablar verməlidir". Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Onun sözlərinə görə, bu təxribatların ən qısa zamanda ordumuz tərəfindən cavabı verilir: "Daha əvvəllər də Fərrux istiqamətində, Kəlbəcər, Laçın istiqamətində düşmən təxribatlarının şahidi olmuşuq. Qeyd edim ki, bu təxribatların da nə ilə nəticələndiyi hər kəsə məlumdur. Düşünürəm ki, bu dəfə də fərqli bir hal olmayacaq. Ermənistan tərəfi sarsıdıcı zərbələr alaraq susdurulacaq. Ermənistan tərəfinin hər dəfə belə təxribatlar törətməsi Azərbaycan dövlətinə başqa çıxış yolu qoymur. Təxribatların qarşısı hər zaman ordumuz tərəfindən adekvat şəkildə alınır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə