“Azərbaycan xalqının yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi” - DEPUTAT ŞƏRH ETDİ
“Bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxış edib. Xatırladım ki, 1990-cı illərin əvvəllərində Azərbaycan kifayət qədər mürəkkəb bir dövrə qədəm qoymuşdu. Belə ki, hakimiyyətin səriştəsizliyi, iqtisadiyyatın tənəzzülü, ictimai-siyasi sabitliyin pozulması və ölkənin vətəndaş müharibəsi ilə üz-üzə qalması vəziyyətin nə dərəcədə gərgin olduğunu açıq şəkildə göstərirdi. Ermənilər də bir tərəfdən rayonlarımızı işğal edir və Bakıya doğru irəliləyirdilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, digər tərəfdən də hakimiyyət daxilində fərqli qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar: “Həmin dövrdə Azərbaycan xalqının yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. O dövrdə hamının dediyi bir söz var idi ki, "Azərbaycanı bu vəziyyətdən yanlız Ulu Öndər Heydər Əliyev çıxara bilər”.
Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı bu çətin durumdan xilas etdi. Əgər Ulu Öndər hakimiyyətə gəlməsəydi bu gün Azərbaycanda vəziyyət çox gərgin olar, ölkəmiz daha çox torpaq itirərdi”.
Deputat sözlərinə belə davam edib: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həm də iqtisadiyyat inkişaf etdi, ölkəmiz yeni bir mərhələyə qədəm qoydu və Azərbaycanda qarşıdurmaların qarşısı alındı. YAP-ın ideologiya və prinsipləri əsasında ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Bugünki Azərbaycan məhz həmin dövrdə əsası qoyulan sistem əsasında fəaliyyət göstərir.
Bu gün ölkəmizdə həmrəylik və iqtisadi inkişaf var. Xalqımız bütün bunları Ulu Öndərə borcludur. Çünki onun gücü, şəxsiyyəti, liderliyi və prinsipiallığı sayəsində bunlara nail olduq. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də özündən sonra cənab Prezident İlham Əliyev kimi bir şəxsiyyəti yetişdirmək oldu. Cənab İlham Əliyev də onun siyasətini uğurla davam etdirir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB