Fikir, söz və məlumat azadığının, plüralizmin inkişaf etdirilməsinə önəm verilir – TƏHLİL

Hər bir cəmiyyətin formalaşmasında müstəsna rolu olan fikir, söz və məlumat azadığının, eləcə də plüralizmin inkişaf etdirilməsinə önəm verilməsi heç də təsadüfi deyil. Çünki məhz fikir, söz və məlumat azadığı, plüralizm sivil cəmiyyətin atributu hesab olunur. Məhz bu baxımdan da fikir, söz və məlumat azadığı, plüralizm cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunun göstəricisi sayılır. Fikir, söz və məlumat azadığının, plüralizmin ölkəmizdə inkişaf etməsi nəzərə alınaraq, Azərbaycan da məhz bütün dünyada demokratik mexanizmlərin mövcud olduğu ölkə olaraq tanınır.

Doğrudur, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdiyi zaman ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, xüsusən də AXC-Musavat hakimiyyətinin yaratdığı xaos, qarışıqlıq, hərc-mərclik fonunda fikir, söz və məlumat azadığından, plüralizmdən söhbət belə gedə bilməzdi. Həmin dövrdə ölkəyə rəhbərlik edənlər demokratiyadan, azadlıqdan dəm vursalar da ölkədə bunun əksi müşahidə edilirdi. Məhz müstəqilliyimizin bərpasının ilk illərində insanların hüquq və azadlıqları, demokratik mexanizmlər haqqında ancaq quru söz-söhbət gedirdi. Əslində, məhz o dövrdə demokratik mexanizmlərin mövcudluğunu iddia edənlər özləri heç bir azadlıq formasına, xüsusən də fikir, söz və məlumat azadlığına, plüralizmin inkişaf etməsinə qətiyyən imkan və şərait yaratmaq belə istəmirdilər. Bir qrup səriştəsizlər vəziyyətdən istifadə edərək hakimiyyət kürsüsünü ələ keçirdikdən sonra ancaq onu qorumağa, əldən verməməyə çalışırdılar və buna görə də onları insan azadlıqları qətiyyən maraqlandırmırdı. Onların bəziləri də ölkənin parçalanmasına, yenidən bərpa olunan müstəqilliyin bir də itirilməsinə rəvac verirdilər. Hakimiyyət zəifliyi, yaxud hakimiyyətsizlik səbəbindən qarışıqlıq və qarşıdurmalar, hətta vətəndaş müharibəsi astanasında olan Azərbaycanda fikir, söz, məlumat azadlığı heç yada da düşmürdü.

Vətəndaş müharibəsi astanasında olan Azərbaycanda insan azadlıqlarının hesaba belə alınmadığı bir dönəmdə, ölkəmizin ən çətin, ən keşməkeşli bir dövründə xalqımız haqlı olaraq, özünün xilaskarı hesab etdiyi şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevi məhz öləmizin rəhbəri olaraq görmək istədi. Bəli, məhz xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və həqiqətən də, sözün əsl mənasında elə ondan sonra da Azərbaycanda fikir, söz və məlumat azadlığı formalaşmağa, plüralizm inkişaf etməyə başladı. Ən çətin şəraitdə Ümummilli Liderimiz məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı və ilk növbədə ölkədə o zaman cərəyan edən bütün mənfi proseslərin, xoşagəlməz halların qarşısını aldı, hansıki bununla da insan hüquq və azadlıqlarının, demokratiyanın təmin olunması üçün əsaslı zəmin yaratdı. Çünki fikir, söz və məlumat azadığının, plüralizmin inkişaf etdirilməsinə dahi rəhbərimiz tərəfindən hər zaman böyük önəm verilib.

Bəli, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə əvvəlcə, məhz 12 noyabr 1995-ci ildə müstəqil ölkəmizin ilk demokratik Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul olunmasına nail olundu, hansıki bununla da insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda, ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün yeni üfüqlər açıldı. Əvvəla həmin üfüqlərin açılması məhz Konstitusiyamızın qəbul olunması ilə əlaqədar idi, çünki hüquq və azadlıqların təmin olunması, eləcə də fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafı üçün hüquqi əsas ən vacib şərt sayılırdı. Digər tərəfdən də Ulu Öndərimiz hər zaman fikir, söz, məlumat azadlığına, plüralizmin inkişaf etdirilməsinə xüsusi önəm verirdi. Azad və müstəqil mətbuatın inkişafına, qəzet və jurnalların yeni cəmiyyətin xarakterinə uyğun fəaliyyət göstərməsinə şərait yaradan Ümummilli Liderimiz eyni zamanda artmaqda olan televiziya kanallarının maddi bazasının, yayım keyfiyyətinin yaxşılaşdırılmasına, onların peşəkar kadrlarla təmin olunmasına nail oldu. Bir sözlə, dahi rəhbərimiz fikir, söz və məlumat azadlığının təmin olunmasını dərhal reallaşdırdı. Xalqımızın xilaskarı bununla da kifayətlənmədi və ölkəmizdə eləcə də siyasi partiyaların fəaliyyətinə yüksək səviyyədə şərait yaratdı. Bir sözlə, plüralizmin inkişafını təmin etdi. Xüsusən də Ümummilli Liderimizin rəhbərliyi ilə məhz 1995 və 2000-ci illərdə Milli Məclisə keçiriən seçkilərdə bütün siyasi qüvvələrin təmsil olunmasına, demokratik seçkilərin keçirilməsinə, plüralizmin inkişafına qısa müddətdə nail olundu.

Hal-hazırda məhz dövlət başçımızın, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə fikir, söz, məlumat azadlığına, plüralizmin inkişafına xüsusi önəm verilir. Cəmiyyətimiz yaxşı başa düşür ki, söz və fikir azadlığı plüralizmin inkişafına zəmin deməkdir və ölkəmizdə məhz həmin azadlıqlar olduğu üçün plüralizm də özünün inkişafın inkişafını daim davam etdirir. Ölkəmizdə siyasi plüralizmin inkişafı göz önündədir və Azərbaycanda çox sayda partiyaların olması bunu təsdiq edən ən başlıca arqumentdir. Plüralizmin mühüm elementi olan çoxpartiyalılıq sisteminin inkişaf etməsi, möhkəmlənməsi özü də söz, fikir azadlığının mövcudluğunu təsdiq edir və bunu dünya ictimaiyyəti də çox yaxşı görür. Bütün dünya görür ki, Azərbaycanda çoxlu sayda partiya var və bu partiyalara nəinki maneə yoxdur, hətta həmin partiyalara davamlı şəkildə dövlət dəstəyi də göstərilir. Heç kim üçün sirr deyil ki, Azərbaycanda siyasi partiyalar haqqında qanunvericilik də var və hətta həmin qanunvericilik mütəmadi şəkildə yenilənir. Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsinin keçirilməsi də deyilənlərə daha bir fakt və dəlil hesab olunur. Xüsusən də həmin müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələrinin belə iştirak etməsi, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı maddənin dəyişməsi, siyasi partiya anlayışı, partiyaların təsis edilməsi və digər məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməsi ancaq demokratik cəmiyyət üçün xarakterik, xas olan plüralizmin ölkəmizdə olduğunu göstərir və onun inkişafda olduğunu da isbatlayır.

Müəllif: İnam Hacıyev

6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Bütün xəbərlər Facebook səhifəmizdə