Milli dəyərlərimiz olan tolerantlıq və multikulturalizm ənənələrimiz qorunur – TƏHLİL

Müxtəlif millətlərə və dinlərə, dini inanclara mənsub insanların qarşılıqlı anlaşma, qarşılıqlı hörmət şəraitində yaşaması, yəni, dini və milli tolerantlıq, millətlərarası münasibətlərin yüksək səviyyədə olması hər zamankı kimi yenə də ən vacib hesab olunur. Ona görə vacib hesab olunur ki, təhlükəsizlik və əmin-amanlıq şəraitinin olması üçün məhz həmin o müxtəlif inanclı, müxtəlif dini mənsubiyyətli insanlar arasında qarşılıqlı anlaşmanın olması gərəkir. Çünki belə bir qarşılıqlı anlaşma şəraiti də təhlükəsizliyi təmin etməklə, bəşəriyyət üçün ən dəyərli sayılan insan həyatı üçün ən vacib və ən əhəmiyyətli sayılır.

Azərbaycan elə bir coğrafiyada yerləşir ki, tarix boyu ərazisində müxtəlif inanclara, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə malik etnik qruplar, insanlar olub və yenə də var. Xalqımız öz ərazisində məskunlaşan həmin o fərqli inanclara, fərqli dinlərə, müxtəlif mədəniyyətlərə malik insanlarla bu vaxta qədər dinc və yanaşı yaşayıb. Hələ bu zamana qədər hansısa fərqli dini inanca, fərqli mədəniyyətə, dilə, adət-ənənəyə sahib hansısa insanlarla bizim öz ərazilərimizdə heç bir qarşıdurmanın müşahidə edilməməsi ölkəmizin tolerant ölkə olduğunu, multikultural ölkə olduğunu təsdiq edir. Əkd halda, yəni, bizim ölkəmiz tolerant ölkə, multikultural ölkə olmasaydı, fərqli inanclara, mədəniyyətlərə, tarixi köklərə malik insanların, müxtəlif etnosların və millətlərin nümayəndələrinin ölkəmizin ərazisində məskunlaşaraq, əsrlər boyu dinc və yanaşı yaşaması, təhlükəsizlik, əmin-amanlıq şəraitində, dostluq şəraitində ömür sürməsi mümkün olmazdı.

Ölkəmizdə hansısa toplumun birinin digərinin dini inancına hörmətsizliklə yanaşması yolverilməz sayılıb və buna heç yol da verilməyib. Tarix boyu belə bir hörmətlizliklə bir dəfə də olsun qarşılaşılmayıb və indi də hansısa hörmətsizlikdən söhbət belə gedə bilməz. Ölkəmizin ərazisində nə zamansa dini və milli qarşıdurma, yaxud da anlaşılmazlıq belə olmayıb. Çünki tolerantlıq, multikulturalizm ənənələrimiz bizim milli dəyərlərimiz olaraq qorunur. Xüsusən də, əhalisinin böyük əksəriyyəti müsəlman olan, İslam dini inancı qəbul edildiyi ölkəmizdə hər kəs çox yaxşı bilir ki, heç bir səmavi din, heç bir inanc birinin başqasının inancına hörmətsizlik etməsini qətiyyən qəbul etmir. Əksinə, heç kim üçün sirr deyil ki, müqadddəs kitablar, ələlxüsus da müsəlmanların səmavi kitabı sülh və əminamanlığı tövsiyə edir. Bəli, İslam əxlaqı bizə dostluq və mehribanlıq şəraitində, dinc və yanaşı yaşamağı tövsiyyə edir. Müsəlman dini inancı digər dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşmanı aşılayır. Bununla yanaşı, onu da nəzərə almaq lazımdır ki, xalqımızın öz qonaqpərvərlik, öz tolerantlıq ənənəsi var və bu ənənə özü də böyük rol oynayır. Ərazilərimzdə məskunlaşan, yaşayan fərqli dinlərin, mədəniyyətlərin, fərli dillərə, adət-ənənələrə sahib olan etnik qrupların, insanların yaşamasına, öz inancına uyğun ibadət etməsinə, öz adət-ənənələrini davam etdirməsinə, yaşatmasına xalqımız heç zaman mane olmayıb, əksinə, hər zaman hörmətlə yanaşıb. Məhz xalqımızın milli tolerantlıq ənənələri, eləcə də islam əxlaqının aşıladığı multikulturalizm ənənələri bu gün də milli dəyərlərimiz olaraq qorunmaqdadır.

Sadalananları nəzərə aldıqda görürük ki, dünyanın heç bir ölkəsini Azərbaycan kimi tolerant ölkə adlandırmaq olmaz. Ümumiyyətlə, Azərbaycanın bir tolerantlıq nümunəsi olduğunu görmək çətin deyil. Müqaisə üçün diqqətə çatdıraq ki, dünyanın 21 ölkəsində aparılan etnik təmizləmə siyasətinə görə 12 milyona yaxın insan qaçqın və məcburi köçkün şəraitində ev-eşiyindən, yurd-yuvasından didərgin düşmüş vəziyyətdə yaşayır. Qlobal miqyasda müşahidə edilən qarşıdurmaların da bəzilərinin elə etnik-dini anlaşılmazlıqlara, qarşıdurmalara görə olduğu bəllidir. Bir çox ölkələrdə, hətta eyni dinə mənsub müxtəlif təriqətlər arasında belə mübarizələr mövcud olub və hələ də davam edir, hansıki bu mübarizələr nəticəsində qanlı toqquşmalar da müşahidə edilir. Deməli, bir sıra ölkələrdə mədəniyyətlərarası, dinlər və millətlərarası münasibətlərin nörmal olmaması insanların təhlükəsiz, dinc, əmin-amanlıq şəraitində yaşamasına mane olur. Dünyanın bəzi ölkələrində xalqların, millətlərin, müxtəlif dini etiqad və inanclara sahib insanların bir-birinə, bir-birinin etiqadına, inancına hörmətlə yanaşmaması, birgəyaşayışın məsuliyyətini dərk etməməsi fonunda Azərbaycanda indiyə qədər heç bir dini, milli qarşıdurmaların olmadığı onu göstərir ki, ölkəmiz məhz elə dini və milli tolerantlıqda, millətlərarası münasibətlərin inkişaf etdirilməsində də çoxlarına örnək hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün yaradılan şərait özü belə tolerantlıq nümunəsidir. Məsələlərin hüquqi müstəvidə tənzimlənməsinin mövcudluğu da, ölkəmizdə bütün dini icmaların bərabər hüquqlara malik olması faktı özü də örnək olmaq üçün yetərlidir.

Xatırladaq ki, müxtəlif dini inanca, fərqli mədəniyyətə, adət-ənənəyə, etnik mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır, Azərbaycanımız üçün əllərindən gələni əsirgəmir və bu heç də təsadüfi deyil. Biz məhz 44 günlük savaş dönəmində bunun əyani şəkildə şahidi olduq ki, müxtəlif dini mənsubiyyətli, müxtəlif mədəniyyətə, adət-ənənəyə, fərqli etnik mənsubiyyətə sahib olan insanlar torpaqlarımızın, Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad edilməsi üçün canlarını belə fəda etdilər və onların belə bir fədakarlıqları da səbəbsiz sayılmır. Ona görə səbəbsiz sayılmır ki, həmin o fərqli dini inanclara, fərqli mədəniyyətlərə, fərli adət-ənənələrə, fərqli etnik mənsubiyyətə sahib olanlar hər zaman xalqımızın onlara hörmətlə yanaşdığını, dövlətimizin diqqətini, qayğısını, himayəsini hiss ediblər və özlərini Azərbaycan cəmiyyəti üçün heç də yad hesab etmirlər. Dinindən, inancından, fərqli mədəniyyətə, adət-ənənələrə, fərqli etnik mənsubiyyətə sahib olmasından asılı olmayaraq, hər kəsin 44 günlük müharibədə, vətənimizin, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda böyük ruh yüksəkliyi ilə ürəkdən iştirak etməsi, öz töhfələrini verməsi, Zəfər sevincini də bölüşməsi Azərbaycanın tolerant ölkə olduğunu bir daha təsdiq edir və onu deməyə əsas verir ki, tolerantlıq, multikulturalizm ənənələrimiz bizim milli dəyərlərimiz olaraq qorunur.

Müəllif: İnam Hacıyev

6.3.15. “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə