ABŞ Prezidenti Donald Tramp Birləşmiş Krallığa yola düşüb.
SİA-nın məlumatına görə, bu onun Böyük Britaniyaya ikinci rəsmi səfəridir. Prezident və birinci xanım səfərin ilk günü Vindzor qəsrinə düşəcəklər. Həmin günü heç bir görüş planlaşdırılmayıb. Sentyabrın 17-də rəsmi olaraq Vindzor qəsrinin şərq çəmənliyindən və London qülləsindən eyni vaxtda atılan atəşlə salamlama mərasimi keçiriləcək. Daha sonra onlar Kral Çarlz, Kraliça Kamilla, Şahzadə Uilyam və Şahzadə Ketrinlə birlikdə faytonla Vindzor malikanəsinə aparılacaqlar. Kral ailəsi Tramp ailəsini kral kolleksiyasına ekskursiyaya aparacaq. Prezident və birinci xanım daha sonra Kraliça II Yelizavetanın məzarı önünə əklil qoymaq üçün Müqəddəs Georgi kilsəsini ziyarət edəcəklər.
Növbəti gün Tramp Vindsor sarayından ayrılacaq və Baş nazir Kir Starmerlə görüşəcək. Görüşdə əsas müzakirə mövzularının ikitərəfli ticarət əlaqələri, investisiya, Ukrayna və Qəzza məsələlərinin olması nəzərdə tutulub.
Sonda tərəflər birgə mətbuat konfransı keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə