“TikTok” sosial şəbəkəsinin ABŞ-da fəaliyyətini davam etdirməsilə bağlı Çinlə razılaşma əldə olunub.
SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, hər şeyi təsdiqləmək üçün cümə günü Çin lideri Si Cinpinlə danışacaq: “TikTok” ilə bağlı razılaşmamız var, mən Çinlə razılığa gəldim. Cümə günü hər şeyi təsdiqləmək üçün prezident Si ilə danışacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə