Tramp “TikTok”un fəaliyyəti ilə bağlı Çinlə razılığa gəlib

16 Sentyabr 2025 18:53 (UTC+04:00)

“TikTok” sosial şəbəkəsinin ABŞ-da fəaliyyətini davam etdirməsilə bağlı Çinlə razılaşma əldə olunub.

SİA-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, hər şeyi təsdiqləmək üçün cümə günü Çin lideri Si Cinpinlə danışacaq: “TikTok” ilə bağlı razılaşmamız var, mən Çinlə razılığa gəldim. Cümə günü hər şeyi təsdiqləmək üçün prezident Si ilə danışacağam".