“Görülən işlər Azərbaycan vətəndaşının daim sülh və rifah içərisində yaşaması üçündür” - DEPUTAT DANIŞDI

“Cənab Prezident İlham Əliyevin Füzuli, Xocavənd və Xocalı rayonlarına səfəri əvvəl baş tutan səfərlər kimi yeni təməllərin atılması, keçmiş məcburi köçkün və bacı-qardaşlarımıza mənzillərin açarlarının təqdim edilməsi, milli-mənəvi dəyərlərimizin özümüzə qaytarılması və dədə-baba yurdlarına qayıdan insanlarla olan səmimi söhbətlərlə yadda qaldı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

Deputat bildirib ki, Füzuli rayonunun Qaraxanbəyli kəndinin əsasının qoyulması, Hadrudda məscidin istifadəyə verilməsi, bir neçə kəndə məcburi köçkünlərin qayıtması diqqəti cəlb etdi: “Bütün bu görülən işlərdə başlıca məqsəd cənab Prezidentin söylədiyi kimi Azərbaycan vətəndaşının daim sülh və rifah içərisində yaşamasıdır. Sakinlərlə görüşündə ölkə başçısı bildirdi ki, biz heç bir zaman müharibə istəməmişik, hər zaman sülhün tərəfdarıyıq.

Dövlət başçısının ayağının dəydiyi yerlər hər zaman gülüstana çevrilir. Bu dəfəki səfər də yalnız quruculuq işləri ilə yadda qaldı. Eyni zamanda səfər göstərdi ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə görülən işlər dəqiq planlaşdırılmış halda aparılır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə