"Antiterror əməliyyatları nəticəsində tarixdə yeni bir mərhələyə qədəm qoyuldu" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycan Ordusu 44 günlük müharibədə zəfər qazanmasından sonra üçtərəfli bəyanata əsasən Azərbaycan ərazisindən erməni silahlı qüvvələri çıxarılmalı idi. Lakin onlar bunu etmədilər, əksinə təxribatlara davam etdilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, sərhəddə bir neçə dəfə silahlı qarşıdurma oldu:
"Bu təxribatların qarşısını almaq və Azərbaycanın konstitusion quruluşunu bərpa etmək məqsədilə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Cəmi bir gün davam edən bu qısa, lakin hədəfə yönəlmiş və yüksək peşəkarlıqla aparılan əməliyyat nəticəsində Qarabağda mövcud olan qanunsuz silahlı erməni birləşmələri tərk-silah edildi. Əməliyyatın ardınca separatçı rejim özünü buraxdığını elan etdi və bölgədə Azərbaycan suverenliyi tam şəkildə bərpa olundu. Bu mühüm hadisə nəticəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Artıq Qarabağda qeyri-qanuni silahlı qüvvələr və separatçı qurumlar mövcud deyil. Azərbaycan Ordusu bölgədə təhlükəsizliyi və dövlət nəzarətini tam təmin etmişdir. Beləliklə, Azərbaycan dövləti həm hərbi, həm siyasi, həm də diplomatik müstəvidə qətiyyətli və prinsipial mövqe sərgiləyərək beynəlxalq hüquq normalarına uyğun şəkildə öz haqqını təmin etdi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün regionun gələcək təhlükəsizliyi və inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın suverenliyi tam bərpa olundu və bununla da tarixdə yeni bir mərhələyə qədəm qoyuldu".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170