Rusiyalı ekspert: “Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklər tam şəkildə yerinə yetirilməlidir” – ŞƏRH

İqor Korotçenko: Cənubi Qafqaz regionuna sülhün gəlməsinin əsas şərti sülh müqaviləsinin imzalanmasıdır

Dekabrın 5-də Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında danışıqlar iki ölkə arasında müxtəlif səviyyələrdə son ayların ən aktiv təmasları fonunda baş tutub.

Rusiya Xarici İşlər Nazirliyində Moskva danışıqları ərəfəsində deyildiyi kimi, “Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir”.

Görüş bu ilin fevralında iki ölkə liderləri tərəfindən imzalanmış Müttəfiqlik Əməkdaşlıq haqqında Bəyannamənin, o cümlədən beynəlxalq vəziyyət prizmasından həyata keçirilməsinin inkişafı istiqamətində keçirilib.

Beləliklə, tərəflər Qərbə yönümlü inkişaf etmiş nəqliyyat və logistika zəncirlərinin itirilməsi fonunda Moskva üçün mərkəzi strateji layihələrdən birini- Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılmasını müzakirə ediblər. Azərbaycan dəhlizin əsas iştirakçılarından biridir və bu gün onun Rəşt-Astara hissəsinin həyata keçirilməsində Rusiya və İranla birlikdə mərkəzi rol oynayır. Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrovun Moskvada azərbaycanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında dediyi kimi, hazırda bu məsələ ilə bağlı intensiv iş gedir, “müzakirələr canlanıb” və jurnalistlər bu mövzuda xəbərləri tezliklə eşidəcəklər.

Bundan əlavə, tərəflər Azərbaycan Respublikasında Rusiyanın “Mir” ödəniş sisteminin işləməsi üzrə işləri davam etdirirlər. Artıq 3 Azərbaycan bankı bu sistemlə işləyir.

Ənənəvi olaraq, danışıqların mərkəzi məsələlərindən biri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması olub.

Lavrov Rusiyanın bu məsələdə bütün istiqamətlərdə irəliləyişə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib və bir daha qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin Praqada qəbul etdikləri sənəd iki ölkə arasında münasibətlərin normallaşmasına əsaslanan BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi və bu, onun fikrincə, nizamlanma ilə bağlı vəziyyəti xeyli asanlaşdırır. Lavrov bundan əvvəl dekabrın 1-də keçirdiyi mətbuat konfransında demişdi ki, bu sənədlərə əməl etsəniz, Qarabağ Azərbaycanın bir hissəsidir.

Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunun vacibliyini bir daha təsdiqləyib. Bununla yanaşı, Bayramov bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan nizamlanmasında irəliləyiş məhduddur. Azərbaycan diplomatiyasının rəhbəri həmçinin bildirib ki, Azərbaycan bu yaxınlarda sülh sazişinin prinsiplərinə dair şərhlərin üçüncü siyahısını Ermənistan tərəfinə verib və Bakı bu ilin sonuna qədər erməni həmkarı ilə bu məsələ ilə bağlı üçüncü görüşün keçirilməsinə ümid edir.

Bunun fonunda Sergey Lavrov Azərbaycan tərəfi ilə Rusiya sülhməramlıları arasında Qarabağda qeyri-qanuni hasilat məsələsi ilə bağlı danışıqlara da münasibət bildirib. Lavrovun sözlərinə görə, ərazidə Azərbaycan departamentlərinin nümayəndələri Rusiya sülhməramlı kontingentinin iştirakı ilə işləyirlər. “Digər hallarda olduğu kimi, azərbaycanlı qonşularımızın və həmkarlarımızın üçtərəfli bəyanatların razılaşmalarının icrası ilə bağlı verdiyi bütün suallar bizim üçün prioritet əhəmiyyət kəsb edir. Ərazidəki Rusiya hərbçiləri bununla fəal məşğuldur”, - Rusiya XİN rəhbəri bildirib.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına danışıqlarının nəticələrini şərh edib. Politoloqun şərhini oxucularımıza təqdim edirik.

-Xarici işlər nazirləri arasında bu gün Moskvada aparılan danışıqlar göstərdi ki, Rusiya və Azərbaycan eyni istiqamətə baxır- həm Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşması məsələsində, həm də dəyişən dünyada irəliləmək məsələsində.

Moskva Azərbaycan və Ermənistan arasında nizamlanma yolunda effektiv vasitəçi olmaq üçün hər cür səy göstərir. Həm Azərbaycanın xarici işlər nazirinin Moskvaya səfəri, həm də Lavrovla danışıqları Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq baxımından önəmlidir.

Biz bilirik ki, açıq-aşkar anti-Azərbaycan mövqe tutan Fransanın Ermənistanın danışıqlar yolundan çəkmək cəhdləri Bakının Brüssel meydanında danışıqlardan imtina etməsi ilə yekunlaşıb.

Odur ki, Moskvada Lavrovla Bayramovun görüşü Bakının Ermənistanla Rusiyanın vasitəçiliyi əsasında danışıqları davam etdirməyə hazır olmasının təsdiqidir. Və Rusiyanın vasitəçiliyi bir daha təsdiqlədi ki, sülh müqaviləsi üçün əsas məsələ Azərbaycan və Ermənistan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də Qarabağın Azərbaycan olması faktı ola bilər.

Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyada Azərbaycanla eyni səmtə baxmayan qüvvələr var. Bunlar Rusiya siyasi sisteminin reallıqlarıdır.

Nə olursa olsun, Rusiya və Azərbaycan Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladılar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və ondan sonrakı bəyanatlar var. Bu fundamental sənədlərdə Rusiya siyasətinin vektoru aydın şəkildə göstərilib.

Rusiya Azərbaycanı postsovet məkanında özünün ən mühüm strateji tərəfdaşı və müttəfiqi hesab edir. Azərbaycan Rusiya üçün son dərəcə əhəmiyyətli olan Şimal-Cənub multimodal nəqliyyat dəhlizi layihəsinin əsas iştirakçısıdır.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya liderinin köməkçisi Levitin ilə görüşüb. Onlar “Şimal-Cənub” və Zəngəzur dəhlizini müzakirə ediblər. Hər iki layihə Rusiya üçün çox önəmlidir.

Bakının simasında biz öz öhdəliklərini yerinə yetirən etibarlı tərəfdaş görürük. İlham Əliyevin siyasi reputasiyası elədir ki, nəsə desə, o olacaq. Bunu Moskvada hamı yaxşı bilir. Azərbaycanın həm dostları, həm də əleyhdarları.

Müasir beynəlxalq münasibətlərdə siyasətin bu xüsusiyyəti çox nadir və vacibdir. Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Azərbaycan da özünü etibarlı dost və effektiv tərəfdaş kimi göstərir. Bu, bizim münasibətlərimizin dəyəridir.

Sergey Lavrovun Rusiyanın üçtərəfli bəyanatın bəndlərinə əməl edilməməsi ilə bağlı Azərbaycanı narahat edən məsələlərin həlli ilə bağlı açıqlamasına gəldikdə, bu, son dərəcə vacibdir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandanı bildirib ki, Laçın dəhlizində mini-gömrük evinin yaradılması Azərbaycan tərəfi ilə müzakirə olunub. Rusiyanın bütün səviyyələrdə tanıdığını və bəyan etdiyini əsas götürərək: Qarabağ Azərbaycandır, istənilən qanunsuz fəaliyyət, o cümlədən təbii sərvətlərin mənimsənilməsi, Qarabağ bölgəsində qiymətli metalların çıxarılması qanunsuzdur. Qeyd edək ki, bu istehsalın son benefisiarları Qərb şirkətləridir. Bunların hamısı tamamilə qanunsuz fəaliyyətlərdir. Ona görə də Bakının ətraf mühitin monitorinqi ilə bağlı tələbləri tamamilə ədalətlidir.

Mən və mənimlə işləyən ekspertlər açıq şəkildə Laçın dəhlizinin rejimi ilə bağlı təkliflərimi bildirdik, insanların və malların nəzarətsiz hərəkətinin dayandırılması, əcnəbilərin əraziyə girişinin dayandırılması üçün gömrük və sərhəd nəzarətinin yaradılmasının zəruriliyini bildirdik. Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz malların daşınmasını dayandırmaq lazımdır. İndi biz görürük ki, bu təkliflərin praktiki icrasına başlanılıb. Bu isə ekspertlərin, beyin mərkəzlərinin praktiki həll proseslərinə təsirinin effektivliyinin təsdiqidir. Bu xəbəri böyük məmnuniyyətlə qəbul edə bilərəm. Biz öz mövqeyimizi digər məsələlərlə yanaşı, Rusiyanın qərar qəbuletmə mərkəzlərinə çatdırdıq. Və bu, səmərəli ekspert diplomatiyasının nümunəsidir, çünki o, sülhün bərqərar olmasına və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində hərəkətə xidmət edir.

2023-cü il Ermənistan-Azərbaycan nizamlanmasında dönüş nöqtəsi olacaq. Çünki üçtərəfli bəyanatın imzalanmasından ötən iki il ərzində Ermənistan heç bir iş görməyib. Üstəlik, bu il o, Qərbin köməyi ilə üçtərəfli bəyanata yenidən baxmağa başladı. Amma o, bacarmır. 2023-cü ildə əvvəlki 2 ildə edilməmiş hər şeyi etməlidirlər.

2023-cü ildə biz Rusiyada Bakı ilə İrəvan arasında İlham Əliyev tərəfindən formalaşdırılmış 5 prinsip əsasında sülh müqaviləsinin imzalanacağını gözləyirik. Bu prinsiplər beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə tam uyğundur. Cənubi Qafqaz regionuna sülhün gəlməsinin əsas şərti sülh müqaviləsinin imzalanmasıdır.

Zəngəzur nəqliyyat dəhlizinin işə salınması da həyata keçirilməlidir. Erməni lobbiçilərinin qışqırmasından asılı olmayaraq, Rusiya bu layihənin işə salınmasında şübhəsiz ki, maraqlıdır. Həmişə təqdim etmək istədikləri kimi, bunda daha çox maraqlı olan Türkiyə deyil, Rusiyadır. Xüsusən də bizim Qərbdən blokada şəraitində.

Rusiya 2023-cü ildə lazım olan hər şeyi, o cümlədən Ermənistana siyasi və iqtisadi təsir tədbirləri görməlidir ki, dəhliz işə düşsün. Çalışmalıyıq ki, məsələ öz həllini tapsın. Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklər tam şəkildə yerinə yetirilməlidir.

Azərbaycanın Qarabağ bölgəsindən qanunsuz silahlı erməni birləşmələrini çıxarmaq lazımdır. 2023-cü il üçün ekspert icmasının vəzifələrindən biri də Azərbaycan tərəfinin rəhbərliyi altında regionun necə qayıdacağı ilə bağlı dəqiq “yol xəritəsi” hazırlamaqdır. Bəs sonra- Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını alması üçün hazırlıqlar necə aparılacaq?

Əgər Ermənistan bu il olduğu kimi danışıqları, razılaşmaların həyata keçirilməsini əngəlləməkdə davam etsə, bunun üçün Qərb tərəfdaşlarını cəlb etsə, sonda bütün cəhdləri ilə belə davranış modelindən heç bir bonus almayacaq. Üstəlik, silahlı təxribatlar indiyə kimi başa çatdığı şəkildə- Azərbaycanın cavabı ilə sona çatacaq.

Ekspertlər Moskva və Bakının səylərinin siyasi birləşməsi öz müsbət nəticələrini verməlidir. Baxmayaraq ki, proses asan olmayacaq. Erməni lobbisinin təsir problemini də həll etmək lazım gələcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə