O da ulu, bu da ulu, Azərbaycan - Türkiyə!

Artıq öyrənib futbolu,
Vacib anda vurur qolu,
Odlar Yurdu, Anadolu,
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!

Düşmənlərdir sağı, solu,
Önəmlidir Türkün rolu,
Açacaqdır "Turan Yolu"
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!

Ay erməni, var üsulu,
Sakit otur, üzü sulu,
Başına yağdırar dolu,
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!

Anar yazır, sinə dolu,
Başlayıbdır "Zəfər yolu",
Türkün iki vuran qolu,
O da ulu, bu da ulu,
Azərbaycan - Türkiyə!

Anar Nəbiyev

Bütün xəbərlər Facebook səhifəmizdə