Aydı adım, qaranlıqda göy üzünə nur saçaram,

Yurdum-yuvam Azərbaycan.

Şən istərəm görəm səni,

Əllərində fırça, qələm.

Nəğmələrlə bəzəyərəm hər an səni,

Anna yurdum Azərbaycan.

Aydı adım, qaranlıqda nur saçaram.

Yollarına gündüzləri günəşimlə od saçaram.

Bəzəyindi, şərəfindi, sənlən ötrü candan keçən şəhidlərin.

Əməlinlə ucalardan ucadasan, ürəyimsən Azərbaycan.

Nəfəsimsən, canımsan, Azərbaycanım.

İzin düşən yerə canımı verrəm.

Zəfərin, hünərin Azərbaycanım.

Anamı sevmişəm, səni sevmişəm,

Nağıla çevrilib min-min əsərin.

Anam mənim, doğma yurdum Azərbaycan.

Mübarizlər igidlərin, general Polad şəhidlərin.

Zəhmətinlə, hünərinlə ucalmısan gözəl vətən.

Əməlimlə azadlığa qovuşmusan.

Rəhmətinə azadlıqçün neçə-neçə şəhidlərin qovuşubdu Ana Vətən,

Başın uca, alnın açıq, gözəl Vətən.

Azadlığın carçısısan, can ey Vətən.

Yollarına nur saçaram Azərbaycan.

Canımı da azadlıqçün sənə qurban verərəm.

Ayrılarmı Ayşən səndən, ana yurdum Azərbaycan.

Aysen Oruçlu

Bütün xəbərlər Facebook səhifəmizdə