125 saylı avtobusun bəzi bədnam sürücülərinə

Onları sükana oturdan kəslər,
Dartıb gətiriblər türmədən belə.
Bu cür sərsəmlərdə ölü həvəslər,
Sərnişin ömrünü verirlər yelə.

Bəzisi iylənmiş tapdanmış qoxu,
Əlidi, Raufdu, Həsəndi onlar.
Şirin həyatından bezəndi çoxu,
Ana əmcəyini kəsəndi onlar.

Tərpətmək istərlər ağır daşları,
Təpədən-dırnağa ədadı onlar.
İnsanlıqdan kənar davranışları,
Baxıb görürsən ki, gədadı onlar.

Onlar təhdid edər sərnişinləri,
Keçər təhqirləri hər cür həddi də.
Çöhrəsi andırar xalis əntəri,
Biz xəbərdar etdik "Qaynar xətti" də.

Məsullar kütləşmiş adi bir cücü,
Onlar sayılmırlar ciddi varlıq da.
Guya ki, çatışmır gədaya gücü,
Ancaq edirdilər havadarlıq da.

Qazı basan anda əyləci sıxır,
Elə bilirlər ki, xeyirlidirlər.
Yol darlıq eyləyir, səkiyə çıxır,
Onlar cinayətə meyillidirlər.

Bu cür sürücülər gözü tordular,
Elmentlərinin daşı xarabdı.
Sükan verən kəslər xalis kordular,
Görmürlər çoxunun başı xarabdı!

Diqqətli olmalı hər bir sərnişin,
Gərək açıq olsun daim gözləri.
Bizdən almalıdı rəzil dərsini,
Əlac tapmalıdı yəqin özləri.

VALEH MƏHƏRRƏMLİ

Bütün xəbərlər Facebook səhifəmizdə