Şəhid Vüqar Eldaroğluna

Gedirəm cəbhəyə

Vətən eşqinə,

Anamın eşqinə,

sənin eşqinə

Dünyaya gələcək

balam eşqinə.

Arxamca su atsan qayıdacağam.

Ağır bir səfərdir

bilirəm bunu,

Döyüşə çağırır

Vətən oğlunu,

Ümidlə, inamla

gözlə yolumu

Arxamca su atsan qayıdacağam.

Qəzəbdən alışır

sinəmdə ürək,

Mənə uğur deyir

hər gül, hər çiçək,

Ölsəm, şəhid kimi

xoşbəxtəm demək,

Arxamca su atsan qayıdacağam.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə