DÜNYA AZƏRBAYCANLILARININ BİRLİK NƏĞMƏSİ

Azərbaycan! Qoca Şərqə ey açılan nur pəncərə,
Zaman-zaman sən boy atdın, gəlib çatdın əsrlərə.
Qismətinə yazılsa da min işgəncə, kədər, əzab,
Sən yadlara baş əymədin, hər zülümə gətirdin tab.
Öz sinəni sipər etdin azadlığın yollarında,
Dağ oynadan güc varımış Heydər Ata qollarında.
Əyəmmədi qamətini qan püskürən yağı düşmən,
And yerimiz tək sən oldun, Azərbaycan - Ana Vətən!
Ulduz olub səpələndi övladların yer üzünə,
Bayraq etdik ədaləti haqq işinə, haqq sözünə.
Unutmadıq Dədə Qorqud, Şah Xətai öyüdünü,
Təzə əsr bəxş eylədi xalqımıza Birlik günü.

N ə q a r ə t:

Qürbət eldə, qərib yurdda yaşasaq da,
Yerin altda, göyün üstə dolaşsaq da,
Gözlərindən çox uzaqda biz olsaq da,
Ürəyimiz səninlədi bizim hər an,
Ey müstəqil Vətənimiz Azərbaycan, Azərbaycan!

Müəllifdən: Ulu Öndərimiz, əbədiyaşar Prezidentimiz Heydər Əliyevin şəxsi tapşırığı ilə mən bəstəkar Nəriman Məmmədovla bu nəğməni yazmışıq. Dünya Azərbaycanlılarının I Qurultayının açılışı günü mahnı notu ifa birlikdə "Respublika" qəzetində çap olunub qonaqlara paylanmışdır.

Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli,
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə