"İllər daha mənə neyləməliydi…" ŞEİR

Özüm də bilmədim nə zaman, nə vaxt

İllər ömrü, günü yarı eləyib.

Xalxın hər gününü bəxtəvər, xoşbaxt

Mənim hər günümü qara eyləyib

İllər daha mənə neyləməliydi?

Zərif əllətimi əlimdən alıb

Qara tellərimi əlimdən alıb

Gənclik illərimi əlimdən alıb

Məni 50 yaşlı qarı eliyib

İllər daha mənə neyləməliydi?

Əlindən qaçmağa yermi qalıbdı?

Açıb tökmədiyi sirmi qalıbdı?

Çiynimdə illərin cürmü qalıbdı

Dərd yükü çiynimi yara eləyib

İllər daha mənə neyləməliydi?

Ürəyin əzəlki zoru qalmayıb

Əriyib gözümün nuru qalmayıb

Çeşmə bəbəklərim duru qalmayıb

Gözümdə dünyanı darı eləyib

İllər daha mənə neyləməliydi?

Gün günün üstünə günümü gəlib?

Gəlib aparmağa günümü, gəlib.

Ömrümün payızıa yenimi gəlib

Yaşıl yarpağımı sarı eləyib

İllər daha mənə neyləməlydi?

Dursun Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə