Düz qırx ildir bir ümidlə yaşayıram yaltaq olum,
Peşəkarlar aman vermir, mən həvəskar ortaq olum.
Od püskürən asfaltlarda dizin-dizin sürünürəm,
Mələk, iblis donu geyib al qumaşa bürünürəm.
İlin dili çıxarmaqdan acılaşıb dilim-ağzım,
Sözümə də daha baxmır səs tellərim kal boğazım.
Döymədiyim qapı qalmır, getmədiyim ocaq başı,
Sanki bir əl yuxarıdan qəsdə durub mənə qarşı.
Hansı qulpdn yapışıraməlim qalır sonda boşda,
-Gecikmisən, Ramiq Muxtar, bizə lazım olan yaşda
Bu səs mənə tanış gəldi, döndüm geri,
Gördüm bic-bic gülümsəyir xalq sevməyən xalq şairi.
-Bu yol beşikdən başlanır, çağa dövrün keçməmisən.
Bizim kimi "Malış, "Smes", paraşok, süd içməmisən,
Ana südü içənlərdən tam peşəkar yaltaq olmaz.
Olsa da o yaltaqların, bu həyatda izi qalmaz.
Vallah, qardaş, cərgəmizdə yox bir dənə boş yerimiz.
Ya da gözlə, növbəyə dur, rəhmətə gedək birimiz.
Ramiq Muxtar
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB