Həyat üçün daha bir təhlükə

Elm adamları, yer atmosferində sağlamlığa zərərli olan göbələk sporları tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Science Advances jurnalı məlumatlar yer alır.

Məlumatlara görə, Amerikalı alimlər atmosfer havasının aerozollarını ətraflı təhlil ediblər və buludlarda insanlarda allergiya və astmaya səbəb ola biləcək çox sayda göbələk sporlarını aşkar ediblər.

Tədqiqatın nəticələri Science Advances jurnalında dərc olunub.

Tədqiqatları kənd təsərrüfatı bölgəsi üzərində avqust-sentyabr aylarında aparılıb. Atmosferin nazik toz hissəciklərinin tərkibində çox sayda göbələk sporları tapıldıqda bu elm adamları üçün tamamilə gözləniləz olub.
Ölçmələrin nəticələrinə görə, atmosferdəki spor parçalarının tərkibi icazə verilən normadan bir neçə dəfə çox olduğu məlum olub. Bəlli olub ki, bu insanlar üçün ciddi təhlükə yaradır və kiçik ölçülərə malik olduqlarına görə ağciyərlərə sərbəst şəkildə daxil olmaqla, allergiya və astmaya səbəb olur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...