"Freedom City" gəmisinin təqdimatı olub

"Freedom City" gəmisinin təqdimatı olub

Üzən şəhər ("Freedom City") layihəsi çərçivəsində hazırlanan dünyanın ən böyük gəmisinin video təqdimatı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sözügedən layihənin hazırlanması üçün 10 milyard dollar vəsait sərf edilib. 2 ildən bir dünyanı dövr etməsi nəzərdə tutulan gəmidə 50 min adamın yaşayacağı təxmin edilir.

25 mərtəbədən ibarət olan gəmidə 30 min insanöz xəyal etdiyi tətil arzusunu reallaşdıra biləcək. Gəminin içərisində məktəblər, xəstəxanalar, sənət qalereyaları, mağazalar, parklar, əyləncə mərkəzlərinin də olacağı haqda məlumat verilir.

Qeyd edək ki, indiyə qədər hazırlanan ən böyük üzən obyektin inşa işləri 20 il bundan öncəyə təsadüf edib. "Freedom Ship" adıyla hazırlıqlara başlanan gəminin adı keçən ay dəyişdirilərək "Freedom City"yə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə