Şəkildəki robot insanla müqayisədə 12 dəfə sürətlə üzür, dəniz sularında bir batareya ilə 120 km hərəkət edə bilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Los-Anceles şəhərinin sahillərində aparılmış sınaqlardan uğurla keçən robot 48 km/saat sürətlə üzür, uzaqdan idarə olunur. Sörf taxtası boyda olan "Emily" adlı robot suda batmır və dənizdə çətin durumda olan insanların ondan tutmasından sonra həmin adamı sahilə doğru gətirir.

Bütün xəbərlər Facebook səhifəmizdə