Azərbaycanda 42 nəfər koronavirus əleyhinə vaksinasiya olunub

Azərbaycanda 42 nəfər koronavirus əleyhinə vaksinasiya olunub

Azərbaycanda gün ərzində 42 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29, “buster” doza ilə peyvənd olunanların sayı isə 4 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 11 milyon 346 min 285, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 169 min 401, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 676 min 609 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 500 min 275 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə