Koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb

Koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa rekord sayda - 93 045 yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bundan öncəki maksimal sutkalıq yoluxma halı ötən gün qeydə alınmışdı - 88 376.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümümi sayı 11 190 354 nəfərə çatıb.

Eyni zamanda ötən sutkada koronavirusdan 111 nəfər, hazırkı dövrədək isə 147 048 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə