Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 190 nəfər dünyasını dəyişib.
SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 857 nəfərin test edildiyi, 18 141 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 245 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 122 144 781 peyvənd tətbiq edilib ki, bunun 91,25 faizi birinci, 82,36 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB