Almaniyada yeni rekord qeydə alınıb

Almaniyada yeni rekord qeydə alınıb

Almaniyada gündəlik yeni növ koronavirus (Covid-19) hallarının sayı epidemiya başlayandan bəri ən yüksək səviyyəyə çatıb. SİA xarici mətbuata istinadən bildirir ki, son 24 saat ərzində ölkədə 39 676 hal aşkar edilib. Bu, bu günə qədər gündəlik ən yüksək rəqəm sayıdır. Covid-19 xəstəliyinin ümumi sayı 4 844 054-ə, aktiv halların sayı isə 331 200-ə çatıb. Bu isə epidemiyanın dördüncü dalğasının zirvəsinə çatıb. Son 24 saat ərzində 236 nəfərin ölümü ilə virusa görə ölənlərin ümumi sayı 96 963 nəfərə çatıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə