Ağciyərlər ürəyin sağında və solunda, sinə boşluğunda yerləşir. Bütün onurğalılar ağciyərdən nəfəs alır. Ağciyərin əsas funksiyası oksigeni qan dövranına ötürmək və qandakı karbon qazını xaric etməkdir. Ağciyərlər bir-birindən fərqlidir. Səsimizin əmələ gəlməsi də ağciyərlər vasitəsilə baş verir.
Sağlam bir ağciyər üçün nə etməliyik?
• Sağlam bir ağciyər üçün siqaret çəkmək, alkoqol və narkotikdən çəkinmək lazımdır. Bu üç zərərli maddədə olan kimyəvi maddələr səbəbiylə tənəffüs çətinləşir, ürək xəstəliyi və xərçəng riski yaranır.
• Müntəzəm məşqlər edilməlidir.
• Diafraqma əzələsindən istifadə edilən müntəzəm və güclü nəfəs ağ ciyərləri genişləndirir və məsamələrini açır.
• Üzgüçülük ağciyərlər üçün ən faydalı idman növlərindən biridir.
• Tərləyərkən soyuğa məruz qalmamaq və soyuq havalarda ehtiyatla geyinərək ağ ciyərləri qorumaq lazımdır.
• Təmiz havada tez-tez nəfəs alma ağciyər sağlamlığı üçün vacibdir.
• Kondisionerli bir mühitdə uzun müddət oturmaq da ağciyərlərə mənfi təsir göstərir.
• Nəmli mühit ağciyərlər üçün antisanitariyadır.
Soyuq havalarda insan ağızdan deyil, burundan nəfəs almalıdır. Burundan nəfəs almaq daha sağlamdır. Çünki burundakı tüklər havadakı yad maddələrin ağ ciyərlərə çatmasının qarşısını alır. Ağızla nəfəs aldıqda bu yad maddələr birbaşa ağ ciyərlərə yapışa bilər və zamanla zərər verə bilər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB