Yaponiya alimləri pomidor suyunun ürək xəstəliyi riski olan insanlarda qan təzyiqi və xolesterol səviyyəsini aşağı sala biləcəyini aşkar ediblər.
SİA bu barədə xarici mətbuata istinad edir.
Beləliklə, eksperiment 481 nəfər könüllü arasında keçirilib. Onlar il ərzində məhdudiyyətsiz miqdarda duzsuz pomidor suyu qəbul ediblər. Təbii ki, bunun müsbət effekti özünü çox gözlətməyib. Belə ki, təcrübə bitdikdən sonra tədqiqatçılar bütün subyektlərin göstəricilərini müqayisə edərkən, təcrübədə iştirak edənlərin bir çoxunun hipertoniya və ya hipertansiyonla ortalama qan təzyiqinin 3 faiz düşdüyünü müəyyən ediblər.
Eyni zamanda, tədqiqat müəllifləri duzlu pomidor suyunun əks təsir göstərə biləcəyini də müəyyən ediblər. Çünki duzlu pomidor suyunun tərkibində çox miqdarda sodyum olduğu göstərilir.
Buna görə də mütəxəssislər bu içkini heç bir qatqı olmadan içməyi məsləhət görürlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB